Mərkəzi Bankın daşınmaz əmlakın qiymətləndirilməsi üzrə tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, tenderin baş tutmamasının səbəbi iştirakçıların sayının az olmasıdır. «Mərkəzi Bank üçün "Daşınmaz əmlakın qiymətləndirilməsi" üzrə xidmətin satın alınmasına dair tender Satınalmalar komissiyasının 11 yanvar 2023-cü il tarixli qərarı ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib»-deyə bildirilir.
Xatırladaq ki, sözügedən maddəyə əsasən tenderdə azı 3 iştirakçı iştirak etməlidir. Əks halda tender ləğv edilir.