Azərbaycan Respublikasının Mərkəzi Bankı
Beynəlxalq iqtisadiyyat şöbəsi \ Aparıcı iqtisadçı
Son tarix 14 dek 2025 - Müraciət et
Struktur bölmənin adı: Tədqiqatlar departamenti
Vəzifənin funksiyaları:
- Departamentin tədqiqat planına uyğun olaraq tədqiqat işlərinin həyata keçirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsi;
- Dünyada gedən makroiqtisadi proseslərin (qlobal iqtisadi tsikl, iqtisadi artım, inflyasiya və sair) və onlara təsir edən amillərin, habelə qlobal əmtəə bazarlarındakı son tendensiyaların təhlili, qlobal iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsirinin statistik və ekonometrik üsullar vasitəsilə qiymətləndirilməsi və analitik materialların hazırlanmasında iştirak;
- Ölkənin xarici iqtisadi və ticarət əlaqələrinin, kapital və pul baratları axınlarının dövri statistik göstəricilər əsasında təhlili, onların sosial-iqtisadi təsirlərinə dair tədqiqat və təhlillərin həyata keçirilməsi;
- Tədiyə balansının, habelə mühüm qlobal iqtisadi göstəricilərin və onların Azərbaycan iqtisadiyyatına təsirlərinin proqnozlaşdırılması üzrə modellərin qurulmasında iştirak;
- Əsas ticarət tərəfdaşlarında iqtisadi proseslərin və makroiqtisadi siyasətdə baş verən dəyişikliklərin öyrənilməsi, onların ölkə iqtisadiyyatına təsir kanallarının tədqiq edilməsi və analitik materialların hazırlanmasında iştirak;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif hesabatların, təqdimatların hazırlanması;
- Şöbənin funksiyaları daxlində müvafiq daxili və xarici yazışmanın həyata keçirilməsi, habelə digər dövlət qurumlarından departamentə daxil olan sənədlərə dair rəy və təkliflərin hazırlanması, müxtəlif işçi qruplarında təmsilçiliyin həyata keçirilməsində iştirak;
Texniki kompetensiyalar:
- Beynəlxalq iqtisadiyyat (yüksək səviyyədə)
- Ümumi iqtisadiyyat və bankçılıq (yüksək səviyyədə)
- Makroiqtisadiyyat (yüksək səviyyədə)
- Statistika və Ekonometrika (yüksək səviyyədə)
- Təqdimat və yazı bacarıqları (yüksək səviyyədə)
- Monetar iqtisadiyyat və pul siyasəti (orta səviyyədə)
- Dövlət maliyyəsi və büdcə siyasəti (orta səviyyədə)
- Mikroiqtisadiyyat (orta səviyyədə)
Təcrübə: Müvafiq sahədə iş təcrübəsi (2 il)
Təhsil: Magistr təhsili (İqtisadiyyat, maliyyə, riyaziyyat, ekonometrika)
Dil bacarığı:
- Azərbaycan dili (əla səviyyədə)
- İngilis dili (orta səviyyədə)
Kompüter bacarıqları:
- MS Office proqramları (yüksək səviyyədə)
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (SPSS, Stata, Eviews, GAUSS, Matlab, R və ya digər proqram təminatından hər hansı biri)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











