Azərbaycan Respublikasının Mərkəzi Bankı
Böyük mütəxəssis
Son tarix 17 fev 2026 - Müraciət et
Struktur: Rezolyusiya departamentinin Rezolyusiyanın planlaşdırılması və təşkili şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın daxili qaydalarına əsasən bankların rezolyusiyası planlarını hazırlayır, qanunvericiliklə nəzərdə tutulan və rezolyusiya planlarında yer alan tədbirlərin təşkilini həmin struktur bölmələrlə birlikdə həyata keçirir;
- Sağlamlaşdırma planını təlimatını hazırlayır, müxtəlif şöbələrlə koordinasiyanı və müntəzəm sınaq və yenilənmələrini aparılmasını təşkil edir.
- Rezolyusiya planlarının icrası ilə bağlı yarana biləcək problemləri Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə müəyyən edir və onların həlli üçün rəhbərliyə təkliflər verir;
- Şöbənin fəaliyyət istiqaməti üzrə qanunvericiliyin və normativ bazanın təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə müvafiq hüquqi aktların beynəlxalq təcrübə ilə müqayisəli təhlilini aparır, rezolyusiya sahəsində ən qabaqcıl beynəlxalq təcrübənin öyrənərək təkliflər hazırlayır, qanunvericilikdə və normativ bazada yaranmış hüquqi kolliziyaları, boşluqları müəyyən edir, bu sahənin təkmilləşdirilməsi üzrə müstəqil və ya əlaqədar struktur bölmələri ilə əlaqəli şəkildə təkliflər hazırlayır;
- Maliyyə institutlarının maliyyə vəziyyətinin dövri monitorinqini həyata keçirir, bu məqsədlə maliyyə institutlarına məxsus və digər mənbəyi məlum olan məlumatları toplayır, emal edir, təhlil edir, onların risklərini qiymətləndirir, nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır, bunun əsasında rezolyusiya planlarına dair təkliflər formalaşdırır, eləcə də müvafiq hesabatları hazırlayır və risklərin azalmasına istiqamətlənən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verir;
- Rezolyusiya sahəsi və nəzarət məqsədləri üçün metodiki materialları hazırlayır, maliyyə institutlarına və Mərkəzi Bankın əlaqədar funksional bölmələrinə rezolyusiya təşkili üzrə metodiki dəstək göstərir, Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hüquqi aktlara və metodoloji sənədlərə aidiyyəti üzrə rəy və təkliflər verir;
- Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları alır, zəruri məlumatların əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
- Şöbə tərəfindən istifadə edilən informasiya sistemlərinin (proqram təminatlarının) əməliyyat inzibatçılığını həyata keçirir, onların təkmilləşdirilməsi, eləcə də yeni sistemlərin tətbiqi üzrə təkliflər verir və müvafiq texniki tapşırıqlar hazırlayır;
- Mərkəzi Bankın rezolyusiya şöbəsinin əməliyyat və inkişaf planlarının və büdcə layihəsinin hazırlanmasında iştirak edir, planların icrasına dair məlumatı rəhbərliyə təqdim edir;
Texniki kompetensiyalar:
- Rezolyusiya, sağlamlaşdırma, ləğvetmə sahəsində qanunvericilik bilikləri – yüksək səviyyədə
- Bank, sığorta və qiymətli kağızlar bazarları sahəsində maliyyə, mühasibat, nəzarət üzrə qanunvericilik bilikləri – yüksək səviyyədə
- Təqdimat və yazı bacarığı – orta səviyyədə
- Risklərin qiymətləndirilməsi üzrə biliklər– yüksək səviyyədə
Tələblər:
- Sertifikatlar: Maliyyə, mühasibat, audit, risklərin qiymətləndirilməsi, nəzarət və ya analitik sahələrində peşəkar sertifikatlar arzuolunandır
- Təcrübə: Minimum 3 il bank sahəsində (risk, maliyyə, audit) iş təcrübəsi;
- Təhsil: Maliyyə/hüquq/bank/sığorta/kapital bazarı istiqamətləri üzrə ali təhsil
- Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
Kompüter bacarıqları:
- MS Office proqramları, xüsusilə MS Excel (yaxşı səviyyədə)
- İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarıqları arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maliyyə bazarlarında hesablaşmalar şöbəsinin Aparıcı mütəxəssisi/ Nağd pul və hesablaşmalar departamenti
Son tarix 17 fev 2026 Müraciət et
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın monetar əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində daxili və xarici maliyyə bazarlarında aparılan valyuta, depozit və qiymətli kağızlarla, repo/əks-repo əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi;
- Mərkəzi Bankın daxili və xarici maliyyə bazarlarında bağladığı valyuta, depozit, qiymətli kağızlar və repo/əks-repo əməliyyatlar üzrə əqdlərin daxili informasiya sistemində müvafiq emal mərhələlərindən keçirilməsi, əqdlərin bitmə müddətinədək pul axınlarına nəzarət edilməsi;
- Mərkəzi Bankın ölkədaxili və xarici maliyyə bazarlarında bağladığı valyuta, depozit, qiymətli kağızlar və repo/əks-repo əməliyyatlar üzrə əqdlərin qeydiyyata alınması, onun təsdiq edilməsi, üzləşdirilməsi, hesablaşma-öncəsi və hesablaşma-sonrası monitorinqin aparılması;
- Mərkəzi Bankın monetar əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində ölkədaxili və xarici maliyyə bazarlarında aparılan törəmə maliyyə alətləri ilə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsində iştirak;
- Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsi ilə bağlı kastodian və broker xərcləri üzrə hesablışmaların aparılması, kastodian və broker xərcləri üzrə əməliyyatların daxili informasiya sistemlərinə ötürülməsi;
- Mərkəzi Bankın nostro hesablarının saxlanılma və əməliyyat xərclərinin daxili informasiya sistemlərinə ötürülməsi;
- Daxili informasiya sistemlərində Mərkəzi Bankın müxbir və əks-tərəfdaş banklara aid hesablaşma rekvizitlərinin mütəmadi olaraq yenilənməsində iştirak;
- Beynəlxalq maliyyə təşkilatlarının kreditləri, qiymətli kağız və xüsusi təyinatlı hesabları üzrə hesablaşmaların aparılması;
- Mərkəzi Bankda xidmət olunan müştərilərin və bankların beynəlxalq ödənişlərinin nostro hesablar vasitəsilə hesablaşmaların aparılması;
- Mərkəzi Bankın inzibati idarəetmə xərcləri üzrə xarici kreditorlar qarşısındakı öhdəliklərinin icrası üzrə hesablaşmaların aparılması;
- Mərkəzi Bankın nostro və kastodian hesabları vasitəsilə aparılan əməliyyatlara gündəlik nəzarət və üzləşdirmə prosedurlarının aparılması;
- Milli Depozit Mərkəzi ilə klirinq prosesinin həyata keçirilməsi;
- Beynəlxalq ödənişlər üzrə araşdırmaların aparılması.
Texniki kompetensiyalar:
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – Yüksək səviyyədə
- Banklararası hesablaşmalar – Yüksək səviyyədə
- Maliyyə bazarlarında hesablaşmalar – Yüksək səviyyədə
- Sabit gəlirli qiymətli kağızlar bazarı – Orta səviyyədə
- Mühasibat uçotu – İlkin səviyyədə
Tələblər:
- Təhsil: Ali (İqtisadiyyat, Maliyyə, Riyaziyyat)
- Təcrübə: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzuolunandır)
- Kompüter bacarıqları: MS Office proqramları (yüksək səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











