Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı hüquq məsləhətçisi
Son tarix 25 okt 2025 - Müraciət et
Struktur bölmənin adı
- Hüquq və təşkilati işlər departamenti \ Korporativ hüquq şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın idarəetmə, təşkilati məsələlər və daxili nəzarət sahəsində reqlament sənədlərinin (daxili qaydalar, prosedurlar, əsasnamələr və s.), eləcə də qeyri-normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir və həmin sənədlərin hüquqi ekspertizasını həyata keçirir;
- Mərkəzi Bankın daxili hüquqi sənədlərinin sistemləşdirilməsini həyata keçirir, onların reyestrini aparır, müvafiq təkliflər hazırlayır;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə baxır, rəy və təkliflərin hazılanmasında iştirak edir;
- Mərkəzi Bankın həyata keçirdiyi satınalmaların hüquqi təminatını həyata keçirir, satınalma müqavilələrinin tərtib edilməsində və hüquqi ekspertizasının aparılmasında iştirak edir;
- Mərkəzi Bankın tərəf olduğu müqavilələrin hazırlanmasında və hüquqi ekspertizasının aparılmasında iştirak edir;
- Mərkəzi Bankda əmək münasibətlərinin hüquqi təminatının həyata keçirilməsində iştirak edir;
- Departament rəhbərinin tapşırığı ilə Mərkəzi Bankın rəhbərliyi və struktur bölmələri üçün hüquqi arayışlar və rəylər hazırlayır.
- Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyət profilinə və tələbatına uyğun olaraq qanunvericilik məsələləri üzrə tematik seminarlar keçir;
Texniki kompetensiyalar
- Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı – yüksək səviyyədə
- Normayaradıcılıq qabiliyyəti – yüksək səviyyədə
- Təqdimat və yazı bacarığı– yüksək səviyyədə
- Hüquqi tədqiqatın aparılması – yüksək səviyyədə
Təcrübə
- Hüquqşünaslıq ixtisası üzrə azı 4 il iş təcrübəsi (2 ili dövlət satınalmalarının hüquqi təminatı sahəsində olan namizədlərə üstünlük verilir)
Təhsil
- Hüquqşünaslıq ixtisası üzrə bakalavr
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (orta səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
İnformasiya və kibertəhlükəsizlik departamenti / Təhlükəsizlik Əməliyyat Mərkəzi şöbəsi- Kiçik mütəxəssis (iş müvəqqəti xarakter daşıyır)
Son tarix 29 okt 2025 Müraciət et
Vəzifənin funksiyaları:
- İnformasiya təhlükəsizliyi insidentlərinin 24/7 vaxt rejimində monitorinqinin həyata keçirilməsi;
- Qeydə alınmış hadisələr üzrə texniki araşdırmaların aparılması və ilkin analizlərin aparılması;
- Baş vermiş insidentlərə dair aidiyyatı loqların aşkar edilməsi və səbəblərin öyrənilməsi;
- Loq mənbələrinin identifikasiya edilməsi və inteqrasiyasının həyata keçirilməsi;
- Loq mənbələrindən daxil olan məlumatların davamlı monitorinqinin həyata keçirilməsi;
- Aşkarlanmış təhlükəsizlik insidentlər barədə məlumatlarən dərhal eskalasiya edilməsi, təsnifatı və hesabatının formalaşdırılması;
- Şəbəkə və sistem infrastrukturunda mövcud boşluqların qeydə alınması və nəzarətdə saxlanılması;
- SİEM (Təhlükəsizlik məlumatları və tədbirlərin idarə olunması) sisteminin monitorinqi;
- Açıq insidentlər üzrə təhlükəsizlik hadisələrinin qeydiyyatı, yenilənməsi;
- İnsidentlərə cavab reaksiyalarının verilməsi üzrə hazırlanmış “playbook”-larına riayət edilməsi;
- Son istifadəçi nöqtələrində virus aktivliyinin, cari vəziyyətin analiz edilməsi;
- İnformasiya təhlükəsizliyi təhdidləri və zəiflikləri barədə biliklərin daimi yenilənməsi və onları aşkarlamaq bacarıqları;
- Təhlükəsizlik insidenti zamanı bütün fəaliyyətlərin sənədləşdirilməsi və hadisənin həyat dövrü ərzində statusun yeniləməsi;
- İnsidentlərin təfərrüatları üzrə hesabatların hazırlanması;
- Məlumat itkisinin qarşısının alınması sisteminin nəzarəti və insidentlərinin aşkarlanması;
- Fəaliyyət ilə bağlı daimi hesabat verilməsi və nəticələrin bölmə rəhbərinə çatdırılması;
- Təhlükəsizlik proqram təminatlarının fəaliyyətinə nəzarət, tapılmış insidentlərin hesabatı və sənədləşdirilməsi..
Texniki kompetensiyalar:
- SIEM alətləri üzrə ilkin biliklər
- İDS/İPS ilə işləmə bacarığı
- Son nöqtə təhlükəsizlik alətləri bilikləri (Endpoint)
- İnsidentlərin araşdırılması üzrə ilkin bilgilər
Təcrübə:
- İnformasiya Təhlükəsizlik sahəsində iş təcrübəsinin 6 aydan az olmaması tələb olunur
Təhsil:
- Ali təhsil tələb olunur.
Dil bacarığı:
- Azərbaycan dili (yüksək), İngilis dili (orta)
Kompüter bacarıqları:
- Windows və Linux OS ilə işləmə bacarığı tələb olunur.
Sertifikatlar:
- Beynəlxalq sertifikatlar arzu olunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Aparıcı mütəxəssis
Son tarix 28 okt 2025 Müraciət et
Struktur bölmənin adı
- Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının planlaması və koordinasiyası şöbəsi
Vəzifənin funksiyaları:
- Departamentdaxili struktur vahidləri arasında məlumat mübadiləsinin səmərəli təşkil olunmasını, iş axınlarının koordinasiyasını təmin edir və hər bir mərhələdə nəticələrini izləyir;
- Xarici tərəfdaşlarla (banklar, ödəniş təşkilatları, təchizatçılar və s.) mütəmadi görüşlər təşkil edir, ortaq layihələrin icrasını izləyir və nəticələri barədə hesabat hazırlayır;
- Beynəlxalq və yerli təşkilatlarla ödəniş sistemlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsini və qarşılıqlı layihələrin koordinasiyasını təmin edir;
- Məhsulun inkişaf prosesini izləyir, hər hansı bir gecikmənin və ya qarşıya çıxan problemlərin qarşısını alır;;
- Məhsulun inkişafında komandalar arasında daim məlumat axınını təmin edir, yuxarıdakı idarəetmə səviyyəsi ilə aşağıdakı komanda üzvləri arasında əlaqələndirməni təmin edir;
- Departamentin gördüyü və növbəti dövr üzrə planladığı işlər barədə dövri hesabatlar hazırlayır və aidiyyəti üzrə təqdim edir.
Texniki kompetensiyalar
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri (orta səviyyədə)
- Layihələri idarəetmə bacarığı (orta səviyyədə)
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər (orta səviyyədə)
- Təqdimat və yazı bacarıqları (orta səviyyədə)
Təcrübə
- Müvafiq sahədə iş təcrübəsi (2 il)
Təhsil
- İT, idarəetmə, iqtisadiyyat, biznes, komputer texnologiyaları yönümlü ixtisaslar üzrə ali təhsil
Dil bacarığı
- Yüksək səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili və orta səviyyədə Rus dili
Kompüter bacarıqları
- MS Office proqramları (Yüksək səviyyədə)
- Biznes proses analizi və modelləşdirmə alətləri (Yaxşı səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
İqtisadçı
Son tarix 27 okt 2025 - Müraciət et
Struktur bölmənin adı
- Tədqiqatlar departamenti \ Mikroiqtisadi tədqiqatlar şöbəsi
Vəzifənin funksiyaları:
- Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması, məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
- İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
- Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
- İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
- Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlər, daşınmaz əmlak bazarında qiymətlər, iqtisadi fəaliyyət sahələri üzrə ödəniş məlumatları əsasında iqtisadi aktivlik kimi göstəricilərin mütəmadi təhlili;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
- Maliyyə sektoru, xüsusilə bank sektoruna dair tədqiqatların aparılmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak;
Texniki kompetensiyalar
- Mikroiqtisadiyyat (yüksək səviyyədə)
- Ümumi iqtisadiyyat və bankçılıq (yüksək səviyyədə)
- Monetar iqtisadiyyat və pul siyasəti (orta səviyyədə)
- Statistika və ekonometrika (orta səviyyədə)
- Makroiqtisadiyyat (orta səviyyədə)
- Beynəlxalq iqtisadiyyat (orta səviyyədə)
- Təqdimat və yazı bacarıqları (orta səviyyədə)
Təcrübə
- Müvafiq sahədə iş təcrübəsi (2 il)
Təhsil
- İqtisadiyyat (Ali təhsil)
- Maliyyə (Ali təhsil)
Dil bacarığı
- Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri üzrə orta səviyyə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.