Azərbaycan Respublikasının Mərkəzi Bankı
Hüquq məsləhətçisi
Son tarix 20 sen 2025 - Müraciət et
Struktur bölmənin adı
- İstehlakçılarla iş departamenti \ Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsi
Vəzifənin funksiyaları:
- Şöbəyə maliyyə xidmətləri istehlakçılarından və investorlardan (bundan sonra-istehlakçılar) daxil olan müraciət və şikayətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparılması;
- İstehlakçıların pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müvafiq tədbirlər görülməsi;
- İstehlakçıların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verilməsi;
- Müraciətlərinin araşdırılması zamanı zəruri hallarda vətəndaşların qəbulunun həyata keçirilməsi;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.
Texniki kompetensiyalar
- “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər (yüksək səviyyədə)
- Sığorta qanunvericiliyi üzrə biliklər (yaxşı səviyyədə)
- Mülki qanunvericilik üzrə ümumi biliklər (orta səviyyədə)
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər (orta səviyyədə)
- Təqdimat və yazı bacarığı (yaxşı səviyyədə)
Təcrübə
- Sığorta sahəsində iş təcrübəsi (1 il)
Təhsil
- Ali təhsil (Hüquqşünaslıq)
Dil bacarığı
- Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.