“Meqa Sığorta” ASC-nin Proqramlaşdırma şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya: Python veb proqramçı.
Namizədlərə olan tələblər:
- Veb proqramlaşdırma sahəsində ən azı 2 il iş təcrübəsi.
- Analitik düşünmə qabiliyyəti və güclü alqoritmik biliklər.
- Python proqramlaşdırma dilində və obyekt-yönlü proqramlaşdırmada təmiz, oxunaqlı kod yazma bacarığı.
- HTML5, CSS3, Bootstrap, TailwindCss, JavaScript və jQuery kimi veb texnologiyalarında təcrübə.
- Linux əməliyyat sistemi və terminal istifadəsi bilikləri.
- MySQL və ya PostgreSQL kimi verilənlər bazası sistemləri ilə işləmə təcrübəsi.
- REST API-lər vasitəsilə veb saytlar və mobil tətbiqlər arasında inteqrasiya yaratma bacarığı.
- Problemləri analiz etmə, həll etmə və qərar vermə qabiliyyətləri.
- Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı.
- Python 3, Django Framework, Django Rest Framework və Celery üzrə iş bacarığı.
- Django ORM, MySQL, PostgreSQL üzrə iş bacarığı.
- Layihəni production mühitə yükləmə bacarığı.
- Docker, Docker Compose, Gunicorn, Supervisor və Git üzrə iş bacarığı.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur.
- İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- ”Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzü bölməsində “Python veb proqramçı” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.