FED.az xəbər verir ki, Meqa Sığorta şirkəti yeni vakansiya elan edib.
Meqa Sığorta qrupunda yeni vakansiya: Proqramlaşdırma şöbəsi PHP Backend Developer
Vəzifə üzrə əsas tələblər:
- PHP ilə minimum 6 il iş təcrübəsi.
- Laravel ilə minimum 5 il iş təcrübəsi.
- Code Versioning Tools (Git) ilə iş təcrübəsi.
Bilməlidir:
- OOP və MVC prinsiplərini.
- PostgreSQL, MySQL, phpMyAdmin.
- HTML5/CSS3, Bootstrap, jQuery.
Bacarıqlar:
- (Soap, Rest) Web servislərlə işləmə bacarığı.
- Laravel ilə hazırlanmış 5 iş nümunəsini təqdim etməlidir.
- Alqoritm qurulması.
- Özgə kodlarda işləmə.
Şəxsi keyfiyyətlər:
- Operativlik
- Yeniklikçilik
- İnkişaf yönümlülük.
- Komanda ilə işləmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 2000 manatdan başlayır.
- İş vaxtı: həftənin 1-4 günləri - 09:00-dan 18:00–dək; Cümə günü 09:00-17:00-dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Karyera inkişafı imkanları.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
Əmək haqqı namizədin səriştəlilik dərəcəsinə uyğun olaraq 2500 manatdan başlayır.
Vakansiya tələblərinə uyğun gələn namizədlər CV-ni mövzuda “PHP Backend Developer” qeyd etməklə [email protected] ünvanına göndərə bilər.
Vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.