Vakansiya: Əməliyyat riskləri və risk hesabatlıq şöbəsinin rəisi
Təsvir:
- Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətləri tətbiq etmək;
- Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə etmək
- Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat riskləri müəyyən etmək və təkliflər verilmək;
- Əməliyyat riski, komplayans və reputasiya riski ilə bağlı məsələlərin və sorğuların xidmətin göstərilməsi;
- Siyasət və prosedurların qəbul edilməsini, məlumatlandırılmasını və düzgün tətbiq olunmasını təmin edərək əlaqədar tərəflərin təlimatlandırılması, eyni zamanda bu istiqamətdə tövsiyyələrin verilməsi;
- Maliyyə risklərinin qarşısının alınması və azaldılması üçün qabaqlayıcı və düzəldici tədbirlərə dair fəal şəkildə tövsiyyələrin verilməsi;
- Bankın likvidlik riskinin idarə edilməsi sisteminin qiymətləndirilməsi, o cümlədən bankın məruz qaldığı əsas likvidlik və maliyyə risklərinin müəyyən edilməsi;
- Bankın daxili stress testi maliyyə modellərinin təkmilləşdirilməsi və inkişafına dəstək.
Tələblər:
- Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə ən azı bakalavr dərəcəsi; (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
- Risk Menecment, daxili nəzarət, daxili audit sahəsində minimum 3 il iş təcrübəsi
- Güclü kommunikasiya, danışıqlar aparma və problemlərin həll edilməsi bacarıqları;
- Güclü analitik düşünmə bacarığı və statistik biliklər;
- MS Office (Excel, PowerPoint) proqramlarının yüksək səviyyədə biliyi;
- IFRS alətləri ilə iş təcrübəsi üstünlükdür;
- SQL və/və ya Python üzrə biliklərə üstünlük verilir.
Namizədlər aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər.
https://glorri.com/atb/624c1797fbf15ff400d57a55-Risk%20Menecmenti%20Departamenti+%C6%8Fm%C9%99liyyat%20riskl%C9%99ri%20v%C9%99%20risk%20hesabtl%C4%B1q%20%C5%9F%C3%B6b%C9%99si+%C5%9E%C3%B6b%C9%99%20r%C9%99isi?sources=JobSearch