Marketing Departamentinin Direktoru
Son tarix 13 may 2022 - [email protected]
Namizədə dair əsas tələblər:
-
İqtisadiyyat, marketinq, biznesin idarə olunması sahəsində ali təhsil.
-
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
-
Marketinq sahəsində ən azı 10 illik iş təcrübəsi, onlardan son 4 ilini marketinq direktor vəzifəsində;
-
MS office proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
-
Səlist danışaraq təqdimatlar keçirmək bacarığı.
Namizəd bilməlidir:
-
Marketinq layihələrinin idarə olunmasının əsaslarını;
-
Bazar konyunkturasının və istehsal olunan məhsul və xidmətlərə tələbatın öyrənilməsi metodlarını;
-
Satış prosesinin reklam dəstəyinin təşkilini;
-
Satılan mallara və xidmətlərə istehlakçı münasibətlərinin motivasiyasını öyrənmək üsulları;
-
Media ilə işləmək yolları və üsullarını.
Əsas vəzifə və öhdəliklər:
-
Satılan malların istehlak xassələrinin təhlili, istehlakçı tələbatının və bazar şərtlərinin proqnozlaşdırılması əsasında şirkətin marketinq siyasətini hazırlamaq;
-
Məhsul və xidmətlərə tələbat dinamikasını proqnozlaşdırılmasına, tələbat və təklifin qiymətləndirilməsinin formalaşdırılmasına xidmət edən tədqiqatların aparılmasına rəhbərlik etmək;
-
Şirkətin istehsal etdiyi məhsul və xidmətlər mallarının satışı, yeni satış bazarları və potensial istehlakçıları müəyyən edən uzunmüddətli və cari planın hazırlanmasını təmin etmək;
-
Ticarət və iqtisadi məlumatların toplanması və təhlili, məhsulların marketinqi üzrə məlumat bankının yaradılması üçün Şirkətin bütün funksional bölmələrinin fəaliyyətini əlaqələndirmək;
-
Şirkət müştəriləri və istehlakçılara satılan mallar və şirkət tərəfindən göstərilən xidmətlər, satışa təsirləri, habelə mal və xidmətlərin rəqabət qabiliyyətinin artırılması və onların keyfiyyəti ilə bağlı təkliflərin hazırlanması barədə fikirləri öyrənmək;
-
Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, internet səhifələrin reklam güşələrində, potensial müştərilərin məlumatlandırılması məqsədi ilə təşkil olunan sərgilərdə, ictimai nəqliyyat vasitələrində və digər müxtəlif sərgilərdə reklam tədbirlərinin həyata keçirilməsi strategiyasının hazırlanmasını təşkil etmək;
-
Müəssisənin korporativ imicinin formalaşması, reklam təşviqat məhsullarının korporativ imicinə uyğun formalaşması üçün təkliflər hazırlamaq;
-
Departamentin əməkdaşları arasında iş bölgüsünü müəyyən etmək və əməkdaşların fəaliyyətinə nəzarət edərək qiymətləndirmək.
Şirkət namizədə təklif edir:
-
Ödənişli əmək məzuniyyəti;
-
İş məqsədləri üçün korporativ nömrə;
-
İş həftəsi: 5 iş günü (Şənbə və Bazar günləri istirahət) ;
-
İş qrafki: saat 09:00-dan 18:00-ra kimi;
-
Rəsmi əmək müqaviləsi.
Maraqlanan namizədlərdən xahiş olunur ki, maaş gözləntilərini də qeyd edərək Azərbaycan dilində Portfolio və şəkilli CV-lərini göndərsinlər.
E-mailin mövzu hissəsində “Marketinq Direktor” sözlərini qeyd etməyiniz xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.