Company
Market Müdiri
Son tarix 18 may 2024 - [email protected]
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi bağlanılır;
- Əmək haqqı: 800-1000 AZN (NET);
- İş qrafiki: 6 günlük
Vəzifə Öhdəlikləri:
- Marketdə müvafiq bölmələr üzrə işçilərin iş rejiminə və davamiyyətinə nəzarət etmək;
- Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək;
- Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təşkil etmək;
- Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək.
- Yeni işə qəbul olan işçilərin təlimatlandırılmasında iştirak etmək
- Marketdə olan avadanlıqların düzgün istismar edilməsinə nəzarət etmək
- Marketdə təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək.
Tələblər:
- Aparıcı vəzifələr üzrə 1 il iş təcrübəsi (marketlər şəbəkəsində mütləqdir);
- Rus dili biliyi (mütləqdir);
- Qastronom və südlük şöbələri üzrə məlumatlılıq;
- İdarəçilik qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Şəxslərarası ünsiyyət bacarıqları.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Market Müdiri” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.