Nur Collection
Mağaza Baş Meneceri (Bakı və Gəncə şəhərləri üzrə)
Son tarix 13 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Öhdəliyində olan Mağaza əməkdaşlarına rəhbərlik və nəzarət etmək.
- Müştərinin dinamik olduğu zamanlarda satış zalında prosesin düzgün şəkildə aparılmasını təmin etmək;
- Satışı zəif olan mallara görə baş ofisdə aidiyyatı şəxslərə məlumat vermək;
- Mağazada olan bütün mallar haqqında satışı uzun müddətdir davam edən və yeni gələn mallar haqqında geniş məlumatlı olmaq;
- Gündəlik olaraq, iş vaxtı ərzində bütün şöbələri gəzməli, işçilərdən sifarişləri yazmalı və hər hansı malın azalmasını , zəif və ya yaxşı satılmasını aidiyyatı şəxslərə bildirməli;
- Mağazada nizam - intizamı təmin etməklə daxili nizam intizama və əməkdaşların gündəlik iş qrafikinə nəzarət edilməsi;
- Mütəmadi olaraq, tabeliyindəki əməkdaşların müştərilərlərlə ünsiyyətini yoxlamalı;
- Tabeliyində olan işçinin işin effektivliyini azaldacaq problemlərini araşdırmalı və bilməli;
- Baş menecer mütəmadi olaraq, kassada , anbarda yoxlanış keçirməli və işin gedişatını izləməli;
- Baş menecer mağazaya daxil olan bütün mallara nəzarət etməli və yerləşimi üçün lazimi tədbirlər görməli;
- Digər filiallarla əlaqə saxlamalı və satışa müsbət təsir edəcək məsələləri müzakirə etməli;
- İşin yaxışlaşdırılması və işin gedişatına müsbət təsir edəcək məsələləri müzakirə etmək və müvafiq tapşırıqlar vermək üçün hər gün tabeliyində olan əməkdaşlarla qısa iclas keçirməli;
- Gün ərzində üç dəfə kassadan pulların yığılmasını təmin etməli;
- Mağazada satışı artırmaq yönündə rəhbərliyə mütəmadi olaraq, təkliflər verməli;
- Müştərilərin şikayətləri ilə maraqlanmaq və aradan qaldırmasında yönündə tədbirlər görməli;
- Mütəmadi olaraq, rəqib mağazaların qiymətləri ilə maraqlanmalı;
- Mağaza hədəflərinə uyğun olaraq, satışların təqib edilməsi və satıcıların satışın effektiv aparması yönündə gərəkli göstərişlərin verilməsi;
- “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçirilməsi;
- Günlük və aylıq davamiyyətlərin hazırlanıb, aidiyyatı şəxslərə gönləndirilməsi;
Namizədə dair tələblər:
- Səliqəli görünüş,gülərüz,aydın və düzgün şifahi nitq qabliyyəti.
- Müştəri xidmət standartlarını və satışın əsaslarını bilməli.
- İdarəetmə, təlim keçmə və yüksək təşkilatçılıq və analiz etmək bacarığı;
- Satış texnikası merçendayzinq qaydalarını bilməli;
- Prroblemi həll etmə və stresə davamlılıq;
- Microsoft Office proqramlarını bilməlidir;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Səlis Azərbaycan dili biliyi,Rus dili və ingilis dil biliyi arzu olunandır.
- Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi və Müvafiq vəzifədə minimum 2 il iş təcrübəsi;
- Yaş həddi: 25-45
- Cinsi: Xanım
İş yeri və iş şəraiti haqqqında: “Nur Collection”MMC-nin Mağazalar şəbəkəsi
İş vaxtı:
- Həftədə 6 iş günü, 1 gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: Bazara uyğun olaraq təyin ediləcək
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adlarını qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərə bilələr
Əlaqə nömrəsi: 051 233 73 31