Vakansiya: Digital Marketing Mütəxəssisi
Ərazi: Bakı(N.Nərimanov rayonu)
Əmək haqqı: Müsahibə əsasında
Yaş həddi: 22 — 35 yaş
İş rejimi: Tam iş günü
Vəzifə Öhdəlikləri:
- Şirkətin məhsullarını dəqiq tanımaq və məhsul barədə məlumatlı olmaq(tərkibi, keyfiyyəti və s.) ;
- Şirkətə aid markaların sosial media(Facebook, Instagram) hesablarının idarə olunması. kontent planlarının hazırlanması və paylaşımının təşkili, qrafik dizayner və fotoqrafın kordinasiyası.
- Sosial şəbəkə hesabların analizi və inkişafı üzrə strategiyanın hazırlanması;
- Kopirayter və dizaynerlərə reklam postları üçün ideyalar verilməsi
- Aylıq büdcə planlamasını həyata keçirərək hesablarda reklamların hazırlanması və idarə olunması;
- Aylıq məzmunların hazırlanması və sosial media hesablarında paylaşımının təmin edilməsi
- Məhsullarla bağlı reportaj və sorğuların hazırlanması;
- Daxil olan sorğuların vaxtında və ətraflı formada cavablandırılması və qeydə alınması;
- Influencer-lərlə əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
- Sosial şəbəkə hesablarının aylıq məlumat analizi və fəaliyyətin dəyərləndirilməsi;
- Reklam materiallarına nəzarət və idarə olunması;
Tələblər:
- Ali təhsil;
- Təqdimat və kommunikasiya bacarığı;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Analiz və tədqiq etmə qabiliyyəti;
- Operativlik, kreativ düşüncə, dəqiqlik;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dilini səlis bilmək;
- İngilis və rus dilləri üzrə biliklər üstünlükdür;
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Digtal Marketing Mütəxəssisi” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.