Banner

Vakansiyalar

Logistika şirkəti işçi axtarır - VAKANSİYA

Logistika şirkəti işçi axtarır - VAKANSİYA | FED.az
20:06 2 Avq 2020

Vakansiya: Logistika üzrə mütəxəssis

Logistik şirkət.

Ünvan: Bakı şəhəri

Müraciət üçün son tarix: 31 Avqust 2020-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Logistika üzrə mütəxəssis) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.

VƏZİFƏLƏRİ:

 Marşruta uyğun informasiyanın tam yığılması;
 Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
 İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
 Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
 Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq;
 Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
 Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
 Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
 Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir;
 Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edir;
 ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;

BİLMƏLİDİR:

 Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
 Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
 müəssisənin strukturu və onun bölmələri;
 vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
 rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;
 kompüter texnologiyasının iş qaydaları;

TƏLƏBLƏR:

 Təhsil dərəcəsi: Bakalavr
 Logistika istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
 Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
 Məsuliyyətlilik
 Ünsiyyət qurmaq bacarığı
 Etibarlılıq
 Detallara fikir vermək qabiliyyəti
 Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
 Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Digər xəbərlər

Banner