Baş Mühasib
Əsas vəzifə və öhdəliklər:
- Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması (bütün müxabirləşmələrin verilməsi)
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması
- Qəbul olunan e-qaimələrə nəzarət olunması (sənədləşmə prosesinin dəqiq və düzgünlüyünə) və ödənişlərin müştəri bank vasitəsilə həyata keçirilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Vergi bəyənnamələrinin, Mənfəət, ƏDV, ÖMV hesabatlarının hazırlanması və təqdim olunması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Rəhbərlik tərəfindən tələb olunan daxili hesabatların hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması (maliyyə vəziyyəti , mənfəət və zərərlər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər )
Tələblər:
• Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• Minimum 7-10 ildən yuxarı mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Kompüter bilikləri: MS Office/Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
Digər məlumatlar:
• 5 günlük iş həftəsi
• Iş rejimi: saat 09.00-dən 18.00
• Müqavilə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
• Əmək haqqı: 1300-2000 AZN ( əlavə olaraq bonuslar və digər motivasiya tədbirləri )
E - mail :[email protected]