Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
Hüquqşünas (Böyük məsləhətçi)
Son tarix 27 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək, digər struktur bölmələrdən daxil olmuş sorğulara hüquqi rəy vermək.
- Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
- Müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi, təqdim edilən müqavilə layihələrinə rəy verilməsi.
- İcrası planlaşdırılan layihələrin hüquqi ekspertizasını həyata keçirmək.
- Dövlət orqanlarında, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
- Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək.
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək.
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək.
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.
Namizədə tələblər:
- Ali hüquq təhsili olmalı.
- Hüquq sahəsi üzrə minimum 2-3 (iki-üç) il iş təcrübəsinə malik olmalı.
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
- Müqavilələrlə iş təcrübəsi olmalı.
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı.
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır.
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı.
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Hüquqşünas (Böyük məsləhətçi)” qeyd etməklə göndərə bilərsiniz.