Prior Leasing
Kredit və Lizinq məhsulları Bölməsinin Rəhbəri
Son tarix 30 iyn 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Menecment, Marketinq sahələrində);
- İş təcrübəsi: ən azı 3 il (müvafiq sahədə);
- Bank, Lizinq və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili - səlis, rus dili - əla, ingilis dili – arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Ezamiyyətlərə getməyə hazır olmalı;
- Analitik bacarıqlar;
- Məqsədləri təyin etmək, prioritetləşdirmək və liderlik bacarıqları.
Vəzifə öhdəlikləri:
- Kredit və Lizinq məhsullarının hazırlanması;
- Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək;
- Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq;
- Məhsullara dair təqdimatların hazırlanması;
- Məhsulların filiallarda satışını koordinasiya etmək;
- Müvafiq hesabatların hazırlanması.
İş şərtlərimiz:
- Əmək haqqı: 2366-2630 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kredit və Lizinq məhsulları Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.