Filial müdiri (İsmayıllı)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı şəhərində yerləşən filialı üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
• Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
• Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.