"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vacancy: Kassir (Göyçay)
Vəzifələr:
• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir;
• Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir;
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır;
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil; verilməsini təmin edir;
• Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir;
• Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir;
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir.
Tələblər:
• Ali təhsil;
• Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
• Microsoft Office programları üzrə biliklərə malik olmalı;
• İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://jobs.talhunt.az/kontakt/361-kassir+(g%c3%b6y%c3%a7ay)