FED.az xəbər verir ki, "Kontakt Home" Marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Embawood" işçi axtarır - VAKANSİYA
Vəzifələr:
• Müxtəlif layihələrin fərdi olaraq icra edilməsi;
• Brend və Kategoriya menecerləri ilə danışıqların aparılması;
• Bazarda yeni imkanların aşkarlanması;
• Bazarda yeni məhsulun tanıdılması;
• Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
• Görülmüş işlər barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.
Tələblər:
• Marketinq sahəsində iş təcrübəsi - 2 ildən çox;
• Layihələrin icra olunması və reallaşdırılması təcrübəsi;
• Strateji təhlil və reklam sahəsində biliklər;
• Yüksək analitik düşüncə;
• Rəqəmsal marketinq anlayışının olması.
İş barədə məlumat
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər [email protected] elektron ünvanına mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək CV formasını göndərməklə müraciət edə bilərlər.