Company: Kontakt Home
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Korporativ hüquqşünas
Tələblər:
• Ali Hüquq təhsili;
• Dil bilikləri (ingilis dili mütləq, rus dili arzuolunandır);
• Office proqramlarında işləmək bacarığı;
• Loyallıq, məsuliyyətlilik.
Vəzifələr:
• Rəsmi sənədlərlə işləmək bacarığı, müqavilələrin ekspertizası;
• Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
• Müqavilələrin tərtibi, rəsmiləşdiriməsi və onların icrasına nəzarət;
• Şirkətdaxili sənəd dövriyyəsinin icra olunması;
• Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının icra olunması;
• Digər korporativ hüquqi fəaliyyətlər.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahət günü: şənbə, bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Korporativ hüquqşünas” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.