Kənd Təsərrüfatı Nazirliyi
Büdcələmə, maliyyə hesabatlılığı üzrə mütəxəssis/baş mütəxəssis
Son tarix 19 iyl 2025 -
İşin təsviri
- Fəaliyyət planı və strateji hədəflərə uyğun olaraq dövri və illik büdcə hesabatlarının optimallaşdırılması və konsolidasiyası
- Qısamüddətli və uzunmüddətli maliyyə proqnozlarının hazırlanmasında iştirak
- Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
- Maliyyə hesabatlarının yerli və beynəlxalq standartlar əsasında hazırlanması;
- Maliyyə və iqtisadi göstəricilər əsasında fəaliyyət nəticələrinin analizi
- Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlilərin aparılması, müvafiq arayışların hazırlanması.
- Vizuallaşdırılmış idarəetmə hesabatlarının hazırlanması
Tələblər
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (xüsusilə MS Excel , PowerPoint)
- Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi, Menecment üzrə bakalavr təhsili;
- Maliyyə, Hesabatlılıq, Büdcələmə, Audit sahələrində müvafiq olaraq 1-2 / 3-5 il iş təcrübəsi;
- IFRS sertifikatlarının olması (F3, F7, F8) , Modelləşmə sertifikatının (FMVA) olması arzu olunandır;
- Data təhlili üzrə təcrübə (SQL, Python və s.-də) olması üstünlükdür
- Güclü analitik bacarığı, effektiv kommunikasiya və təqdimat bacarıqları
Vakansiyaya müraciət üçün mövzu yerinə “Büdcələmə və hesabatlılıq üzrə mütəxəssis/baş mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız vakansiyanının tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.