Karabakh Group
Sahə memarı (Kəlbəcər)
Son tarix 23 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
- Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
- Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
- Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;
- Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması
- Eskiz və işçi layihələrin hazirlanması
- Memarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması
- Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı;
- Görünüş və memarlığın bir-birini tamamlaması
Tələblər:
- Cins: kişi;
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : Mülki tikinti sahəsində sahə memarı kimi ən azı 5 il iş təcrübəsi;
- Archicad, Autocad, Excel proqramlarında işləmə bacarığı
- Materiallar haqqında bilik;
- Sahələrdə yerində həll qabiliyyəti və bacarığı;
- İş həcmlərinin hesablanmasını bilmək;
İş şəraiti:
- İş yeri: Kəlbəcər rayonu;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə CV-lərinizi “Sahə memarı (Kəlbəcər)” başlığı altında yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.(Yalnız vakansiya üzrə uyğun CV-lər dəyərləndiriləcək.)