Kredit Anderraytinqi Departamentinin Kredit İnzibatçılığı Şöbəsinin Mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Kredit İnzibatçılığı Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Müsbət rəy verilmiş kredit sənədlərini hazırlamaq;
• Kredit məlumatlarını bank əməliyyatları sistemində əks etdirmək;
• Kredit dosyelərini yoxlamaq, kredit müqavilələrini hazırlamaq;
• Kredit sənədləri toplusunun dövriyyəsinə nəzarət etmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Tələblər
• Ali iqtisadi təhsil;
• Bank sahəsi üzrə iş təcrübəsi;
• MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit Anderraytinqi departamenti Girovlarla iş və qiymətləndirmə şöbəsi
Kapital Bank namizədləri Kredit Anderraytinqi departamenti Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssis və ya aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər:
• Qiymətləndirmə işləri üzrə iki il iş təcrübəsi
• Yüksək səviyyədə MS Office bilikləri və ən əsası excell bilikləri
• Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili biliyi arzuolunandır.
Öhdəlik:
• Daxili ipoteka kreditlərinin, Əmlak girovu ilə olan istehlak kreditlərinin girovlarının qiymətləndirilməsi və regionlarda olan ipoteka kredit safarişlərin əmlaklarının qiymətləndirilməsi;
• Gördüyü işlər haqqında şöbə rəisinə gündəlik məlumat təqdim etmək;
• Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək.
• Biznes kreditlərinin girovlarının qiymətləndirilməsi
• Gördüyü işlər barəsində hesabat aylıq hesabat
Müraciət etmək üçün hr.kapitalbank.az portalında qeydiyyatdan keçərək “Kredit Anderraytinqi departamenti Girovlarla iş və qiymətləndirmə şöbəsi” elanına müraciət edə bilərsiniz.