Korporativ müştərilərlə iş şöbəsinin mütəxəssisi
"Optimal Electronics LLC" işçi axtarır - VAKANSİYA
Ümumi məlumat
Kapital Bank namizədləri Korporativ müştərilərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Korporativ kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək.
Tələblər
• Ali iqtisadi təhsil;
• Əla səviyyədə Azərbaycan və rus (ingilis dili biliyi arzuolunandır);
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.