FED.az xəbər verir ki, "Kapital Bank" Pərakəndə Satış Departamentinin Qeyri kredit satışına dəstək və nəzarət bölməsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.
Öhdəliklər:
• Bazar araşdırması edərək bazar tələbatını təhlil etmək, müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, yeni məhsul ideyalarını, biznes imkanlarını və ya məhsul çeşidlərini müəyyənləşdirmək;
• Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;
• Bazardakı yeni trendləri təhlil etmək və ona uyğun müvafiq tədbirlər görmək;
• YSB-lərin qeyri - kredit məhsul və xidmət satışının artırılması istiqamətində təkliflərinin təhlil edilməsi və aidiyyəti struktur bölmələrə tətbiq üçün ötürülməsi;
• Cari qeyri –kredit məhsul şərt və tariflərinin yenilənməsi, həmçinin yeni qeyri-kredit məhsul və xidmətlərinin yaradılmasında aidiyyat struktur bölmələr ilə birlikdə iştirak;
• Satışın stimullaşdırması planının hazırlanması və təkliflərin verilməsi;
• Qısamüddətli və uzunmüddətli dövr üzrə məhsul və xidmətlərə müvafiq satış və gəlir proqnozlarının hesablanmasında, habelə YSB-lər üzrə satış hədəflərinin təyin edilməsində iştirak;
• Məhsul və xidmətlər üzrə aidiyyati strukturlarla birlikdə qiymət, satış və kampaniya şərtlərinin müəyyən edilməsi;
• Qeyri - kredit məhsul və xidmətlərin satışına maneələrin aşkarlanması və aradan qaldırılması istiqamətində işlərin aparılması;
• YSB əməkdaşları tərəfindən bankdaxili xidmət və tarif şərtləri ilə bağlı daxil olan sorğuları cavablandırılması;
• YSB –lərdə könüllü fəaliyyətinin təşkili və izlənilməsi.
Tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır;
• Yüksək ünsiyyətqurma bacarıqları;
• Kreativlik və təşəbbüskarlıq;
• Komandanı effektiv idarəetmə bacarığı;
• Dəqiqlik və operativlik;
• Stressə davamlılıq və məsuliyyətllik;
• Vaxtın idarə edilməsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.