Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:58 4 Sen 2020

FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "M Bulak BOKT" işçi axtarır - VAKANSİYA

Öhdəliklər:

• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;

Tələblər:

• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi
• Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
• Məsuliyyətlilik və dəqiqlik;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Bank qanunvericiliyini bilmək;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Digər xəbərlər