Vakansiyalar

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA | FED.az
19:51 10 Avq 2020

FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Meneceri vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Eləcə də bax: “Bank Respublika” işçi axtarır - VAKANSİYA

Öhdəliklər

• Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
• Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
• İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma.
• Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
• Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, bank sektorunda 2 il, Funksiya üzrə 1il
• Kompyuter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL
• Dil bilikləri: Azərbaycan, İngilis, Rus dili (əla səviyyədə)
• Digər tələblər: Texniki –analitik biliklər
• Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaq

CV-lərinizi, mövzu hissəsində “ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Digər xəbərlər