FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri İT infrastruktur departamentidə Şəbəkə İnzibatçısı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: “Kristal Abşeron” işçi axtarır - VAKANSİYA
Öhdəliklər
• Bankın şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
• Bankın şəbəkə infrastruktunun təhlükəsizliyinin təmin olunması;
• Bankın şəbəkə infrastrukturunun sənədləşdirilməsi və mütəmadi yenilənməsi;
• Bankın şəbəkə infrastrukturunun monitorinqi və nəzarət olunması;
• Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq.
• Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək.
Tələblər
• İT sahəsində ali təhsil;
• Şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsi;
• OSPF və BGP protokollarının sazlanması və idarə olunması;
• VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
• Firewallarla iş təcrübəsi (Cisco ASA, Palo Alto);
• Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
• CCNA Security, CCNP sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
• PCNSA sertifikatı və ya ekvivalent biliyin olması arzu olunandır.
CV-lərinizi, mövzu hissəsində “Şəbəkə inzibatçısı” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz