FED.az xəbər verir ki, "Kapital Bank" Müştəri menecmenti və Data analitika departamenti, Seqmentlərin idarə edilməsi şöbəsinin analitiki vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
Müştəri Bazasının idarə edilməsi;
Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi;
Layihələrin idarə edilməsi;
Müştəri seqmentlərinə uyğun təkliflərin edilməsi, onların icrasının izlənilməsi;
Yeni müştərilərin cəlbi, mövcud müştərilərin qorunub saxlanılması ilə bağlı təşəbbüslərin həyata keçirilməsi, izlənməsi, yönləndirilməsi və əlaqələndirilməsi;
Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi.
Tələblər
Yüksək analitik qabiliyyəti;
Maliyyə bilikləri olanlara üstünlük veriləcək;
Hesabatların yığılması və təhlil etmə bacarıqları;
İri miqyaslı layihələrin idarə edilməsi bacarığı;
Bazar araşdırmalarının təşkili bacarığı – araşdırmanın sifarişi, icrasına nəzarət və nəticələrin rəhbərliyə təqdim edilməsi;
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Vətəndaş qüsursuzluğuna malik olma;
Təhsil: Ali.
Təcrübə: bu sahədə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
Kompyuter biliyi: MS Office
Dil bilikləri: Azərbaycan, Rus, İngilis.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Seqmentlərin idarə edilməsi şöbəsinin analitiki" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.