FED.az xəbər verir ki, "AccessBank" Administrasiya Departamentində təmir-tikinti istiqaməti üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Smetaların hazırlanması.
• Filiallarda təmir işlərini təşkil etmək
• Bankın mövcud filiallarında podratçı şirkətlərin apardığı işlərə nəzarət etmək
• Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək
• Filiallarda təmir işlərinin aparılmasının zəruri olub-olmadığını yoxlamaq
• Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemləri həll etmək
• Gündəlik məişət-texniki problemlərin həllində filialın inzibatçılarına kömək etmək
• Administrasiya Departamentinin Rəhbərliyi tərəfindən qoyulmuş bütün vəzifələri yerinə yetirmək
Tələblər:
• Ali təhsil;
• Təmir və təkinti sahəsi üzrə ən az 3 illik təcrübə;
• Layihələrin idarə olunması bacarığı;
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
• Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).
Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək öz CV formalarını göndərə bilərlər.
https://www.accessbank.az/az/our-bank/vacancies/