FED.az xəbər verir ki, Kapital Bank Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsində Müştəri Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
• Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
CV-lərinizi, mövzu hissəsində “Korporativ bankçılıq üzrə iş şöbəsinin müştəri meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.