İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Aparıcı məsləhətçi
Son tarix 13 fev 2026 - [email protected]
Struktur bölmə: Kommersiya sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması istiqamətində birbaşa rəhbərə təkliflər vermək;
- Mövcud və potensial tərəfdaşlar bazasını idarə etmək və onlarla müqavilələrin bağlanmasını təmin etmək;
- Bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasını və sənəd dövriyyəsinin vaxtında tamamlanmasını koordinasiya etmək və istiqamət üzrə təkmilləşdirmə təklifləri vermək;
- Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması üçün keçirilən görüşlərdə iştirak etmək;
- Aidiyyəti dövlət qurumları, özəl sektor nümayəndələri və tərəfdaşlarla işgüzar əlaqələri qurmaq;
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya Marketinq sahəsi üzrə ali təhsil);
- İş təcrübəsi: Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi
- Tərəfdaşlarla işləmə bacarığı;
- Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
- Yüksək şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
- Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kommersiya sektoru üzrə aparıcı məsləhətçi” qeyd olunması xahiş olunur.
Sektor müdiri
Son tarix 13 fev 2026 - [email protected]
Struktur bölmə: Dövlət qurumları ilə iş və beynəlxalq əməkdaşlıq sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Dövlət qurumları ilə əlaqələrin qurulması və idarə olunması: Müvafiq dövlət təşkilatları ilə effektli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və əlaqələrin davamlı koordinasiyası;
- Rəsmi yazışmaların təşkili və icrası: Dövlət qurumları ilə məktublaşmaların, sorğuların, hesabatların və digər rəsmi sənədlərin hazırlanması və vaxtında göndərilməsi;
- Beynəlxalq əməkdaşlıq strategiyasının hazırlanması: Qurumun beynəlxalq əlaqələrinin inkişafı üçün strategiya, fəaliyyət planı və təşəbbüslərin hazırlanması;
- Xarici tərəfdaşlarla əlaqələrin idarə olunması: Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vasitəsilə xarici təşkilatlar, beynəlxalq şəbəkələr, səfirliklər və qurumlarla əməkdaşlığın qurulması və əlaqələrin davamının təmin edilməsi;
- Beynəlxalq layihələrin koordinasiyası: Qurumun iştirak etdiyi beynəlxalq layihələrin idarə edilməsi, tərəfdaşlarla kommunikasiya və layihə üzrə hesabatların hazırlanması;
- Beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinə dəstək: Beynəlxalq konfranslar, seminarlar, görüşlər və rəsmi qəbul mərasimlərinin planlaşdırılması və təşkilinə dəstək;
- Beynəlxalq konvensiyaların və digər qanunvericilik aktlarının izlənilməsi: Dövlət idarəçiliyi, beynəlxalq əməkdaşlıq və sektorun fəaliyyətinə aid beynəlxalq və yerli qanunvericiliyin izlənilməsi, dəyişikliklərlə bağlı rəhbərliyə məlumat verilməsi;
- Sektorun fəaliyyətinə nəzarət: Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyinin təmin edilməsi;
- Tərəfdaşlıq imkanlarının araşdırılması: Yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və potensial tərəfdaşlarla ilkin danışıqların aparılması;
- Ezamiyyətlərin təşkili: Qurum əməkdaşlarının xarici ölkələrə ezamiyyətlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar və digər təsisatlarla əlaqələndirmənin aparılması, vizaların və uçuş biletlərin alınmasına dəstək göstərilməsi və digər zəruri tədbirlərin təşkil edilməsi.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi (rəhbər vəzifə üzrə 3 il);
- Dövlət qurumları ilə iş sahəsində təcrübənin olması;
- Dövlət qurumları, beynəlxalq tərəfdaşlar və investorlarla danışıq təcrübəsi;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
- Dil bilikləri: ingilis dili (B2,C1), rus dili (B2, C1)
Müraciət qaydası:
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Dövlət qurumları ilə iş və beynəlxalq sektorun müdiri ” qeyd olunması xahiş olunur.
Sektor müdiri - Kommersiya sektoru
Son tarix 13 fev 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması üçün görüşlər keçirmək;
- Kommersiya sektorunun səlahiyyəti çərçivəsində reklam fəaliyyətini təşkil etmək və idarə etmək;
- Satışın səmərəliliyini və gəlirliliyi artırmaq məqsədilə tariflərin və satış qiymətlərinin yenilənməsivə optimallaşdırılması üçün təkliflər hazırlamaq;
- Bazarın dinamikasını izləmək, analitik araşdırmalar hazırlamaq və yeni təkliflərlə bağlı əsaslı təkliflər vermək, hesabat hazırlamaq;
- Aidiyyəti dövlət qurumları, özəl sektor təmsilçiləri və mövcud tərəfdaşlarla dayanıqlı işgüzar əlaqələr qurmaq;
- Kommersiya layihələri üzrə müqavilə şərtlərinin hazırlamasına nəzarət etmək, prosesləri idarə etmək və sənədləşmə işlərini koordinasiya etmək;
- Tərəfdaşlarla kommersiya münasibətləri tənzimləmək və qarşılıqlı faydalı olan yeni iş birliyi modelləri yaratmaq;
- Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək;
- Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək;
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat ali təhsil);
- İş təcrübəsi: Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi (rəhbər vəzifə üzrə 1 il);
- Dövlət qurumları ilə iş sahəsində təcrübənin olması;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- Dil bilikləri: ingilis dili (B1,B2), rus dili (B1, B2).
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kommersiya sektorun müdiri” qeyd olunması xahiş olunur.










