İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Satınalma sektorunun müdiri
Son tarix 18 avq 2025 - [email protected]
Biz şəffaf, məsuliyyətli və peşəkar idarəetmə yanaşması ilə milli irsimizi qorumağa və inkişaf etdirməyə sadiq komandamıza dəyərli üzv axtarırıq.
İş şəraiti
- Struktur bölmə: Aparat / Satınalma sektoru
- İş qrafiki: Həftənin 5 günü saat, 09:00-dan 18:00-dək.
Vəzifə öhdəlikləri:
- Struktur bölmələrdən daxil olan satınalma tələblərinin toplanması və təhlili;
- Satınalma strategiyasının hazırlanması və icrasına nəzarət;
- İddiaçıların cəlb olunması, müsabiqələrin təşkil edilməsi və nəticələrin elan olunması
- Dövlət satınalmaları haqqında Qanuna uyğun olaraq müqavilələrin hazırlanması, bağlanması və icrasının izlənməsi;
- Texniki və maliyyə təkliflərinin qiymətləndirilməsi və nəticələrin ümumiləşdirilməsi
- Satınalma sənədlərinin, protokolların və digər məlumatların konfidensial şəkildə idarə olunması;
- Rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- Əmək qanunvericiliyinə və daxili prosedurlara tam uyğun fəaliyyətin təmin olunması;
- Satınalma prosesinin planlaşdırılması və Dövlət Satınalmalarının Vahid İnternet Portalı üzərindən icrası;
- Satınalma Komissiyasının işinin təşkili, şərtlər toplusunun və uyğunluq sənədlərinin hazırlanması;
- İddiaçılarla yazışmaların və protokollaşdırılmış görüşlərin aparılması;
- Maraqlar toqquşmasının qarşısının alınması və şəffaflıq prinsiplərinə əməl olunması.
Namizədə dair tələblər:
- Ali təhsil (iqtisadiyyat, hüquq, idarəetmə və ya müvafiq sahələr üzrə)
- Satınalma sahəsində minimum 5 il iş təcrübəsi
- “Dövlət satınalmaları haqqında” Qanun və digər normativ sənədlərlə işləmə bacarığı
- Müvafiq proqram təminatları və MS Office bilikləri
- İnkoterms şərtləri və müqavilə menecmenti üzrə praktik anlayış
- Planlaşdırma, analitik təhlil və komandada işləmək bacarığı
- Etik davranış və konfidensiallıq prinsiplərinə yüksək səviyyədə riayət
Müraciət etmək istəyən namizədlər Müraciət et düyməsi vasitəsilə qeyd olunan elektron poçt ünvanına daxil olaraq elektron formada CV təqdim edə bilərlər. Qeyd edək ki, yalnız vakansiya üzrə müəyyən olunmuş meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.