İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Analitika və risklərin idarəolunması şöbəsinin məsləhətçisi
Son tarix 31 yan 2025 - [email protected]
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);
- Təcrübə: Analitika sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Texniki biliklər: Microsoft Office, Power BI, SQL üzrə yaxşı səviyyədə biliklər;
- Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Vəzifə öhdəlikləri:
- Strateji qərarların dəstəklənməsi üçün qabaqcıl analitik modellərin yaradılması;
- Gündəlik, aylıq və illik hesabatların hazırlanması və avtomatlaşdırılması;
- Dəqiq və vizual baxımdan diqqətçəkən Power BI və Excel hesabatlarının hazırlanması;
- Mövcud məlumatlardan istifadə edərək trendlərin və proqnozlaşdırıcı modellərin qurulması;
- SQL sorğuları vasitəsilə verilənlərin idarəedilməsi və optimallaşdırılması;
- Agentliyin KPI-larının izlənməsi, optimallaşdırılması üçün təkliflərin verilməsi;
- Beynəlxalq təcrübələrə əsaslanaraq analitik yanaşmaların təkmilləşdirilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Praktiki tapşırıq/test mərhələsi
- Müsahibə
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!