İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi (maliyyə-iqtisadiyyat üzrə)
Son tarix 07 noy 2025 - [email protected]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi (maliyyə-iqtisadiyyat üzrə) vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil - Maliyyə, İqtisadiyyat, MBA, Data Analitika ixtisasları üzrə təhsil üstünlükdür;
- Təcrübə: Maliyyə, iqtisadi təhlil, maliyyə hesabatlılığı sahəsində ən azı 3 il iş təcrübəsi;
- Texniki biliklər: İngilis dili – intermediate səviyyəsində, rus dili bilikləri üstünlükdür, yüksək səviyyədə MS Excel və Power Bi bilikləri, Python üzrə biliklərinin olması arzuolunandır;
- Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, problemləri həll etmə, komanda ilə işləmə, ünsiyyət, vaxtın idarə olunması, təqdimat bacarıqları.
Vəzifə öhdəlikləri:
- Aptek təşkilatlarına edilən sığorta ödənişlərinin aylıq, rüblük və illik hesabatlılığını təmin etmək;
- Aptek təşkilatları ilə hesablaşmalar zamanı potensial riskləri qiymətləndirərək, onların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Toplanmış hesabatlar və statistik göstəricilər əsasında iqtisadi təhlil və analizlər aparmaq;
- Aptek təşkilatlarından alınan hesabatlar üzrə üzləşmə aktlarını yoxlayıb təhlil etmək və ödəniş üçün Maliyyənin müvafiq şöbəsinə təqdim etmək;
- Kreditorlarla hesablaşmaları davamlı izləmək, yaranan problemləri araşdıraraq həllini təmin etmək;
- Şərti kompensasiya məbləğlərini və müştərək maliyyələşmə məbləğini hesablamaq.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
Dərman vasitələri üzrə tibbi-iqtisadi ekspert
Son tarix 05 noy 2025 - [email protected]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman vasitələri üzrə tibbi-iqtisadi ekspert vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Əczaçılıq ixtisası üzrə ali tibb təhsili;
- Təcrübə: Tibbi-iqtisadi ekspert və ya əczaçılıq üzrə minimum 5 il iş təcrübəsi;
- Texniki biliklər: Excel üzrə yaxşı səviyyədə biliklər;
- Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:
- Aptek təşkilatları tərəfindən təqdim olunmuş hesabatların yoxlanılması və geri ödəmə sisteminə nəzarət;
- Planlı və məqsədli tibbi-iqtisadi ekspertizanı aparmaq;
- Aptek təşkilatları ilə bağlanacaq müqavilələrə aidiyyəti üzrə baxılması;
- Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması, dozaların və DDD hesablanması və bununla əlaqədar digər işlər;
- Aptek təşkilatları ilə yaranan problemlərin həll edilməsi;
- Sığortaolunanların dərman təminatı ilə əlaqədar yaranan problemlərin həll edilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi/məsləhətçisi
Son tarix 07 noy 2025 - [email protected]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi/məsləhətçisi vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Müalicə işi və əczaçılıq ixtisası üzrə ali tibb təhsili;
- Təcrübə: Əczaçılıq sahəsində vəzifədən asılı olaraq 1-4 il iş təcrübəsi (dərman vasitələrinin qeydiyyatı və ekspertiza işləri üzrə iş təcrübəsi üstünlükdür);
- Texniki biliklər: Xarici dil bilikləri arzuolunandır (əsasən rus dili), ofis proqramları;
- Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, problemləri həll etmə, komanda ilə işləmə, ünsiyyət, vaxtın idarə olunması bacarıqları
Vəzifə öhdəlikləri:
- Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması, dozaların və DDD hesablanması, həmçinin bununla əlaqədar digər işlərin icra edilməsi;
- Dərman və tibb vasitələrinin təyinatı və buraxılması şərtlərini müəyyən etmək;
- Əczaçılıq şirkətləri ilə yaranan problemləri həll etmək;
- Pozitiv siyahı üzrə təhlillər həyata keçirilməsi və hesabatların hazırlanması;
- İcbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə təmin olunan dərman vasitələrinə dair təqdim edilmiş sənədlər toplusunun ilkin və yekun yoxlanılmasının aparılması;
- Aparılmış yoxlama nəticələrinə uyğun qərarların hazırlanması, tətbiqi və izlənilməsi.