İcbari Sığorta Bürosu
Maliyyə şöbəsinin mütəxəssisi
Son tarix 25 iyl 2025 - [email protected]
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı
Əsas vəzifə öhdəlikləri:
- Mütəxəssis ilkin büdcə layihəsini, müvafiq dövlət orqanlarına dövri hesabatlar və məlumatlar hazırlayır;
- Əmlakın pul vəsaitlərinin və əsas vəsaitlərin qorunmasını və mühafizəsini həyata keçirir;
- İnzibati idarəetmə xərcləri üzrə ödənişləri həyata keçirir və bu əməliyyatların uçotunu aparır;
- İşçilərin əmək haqqı və ona bərabər tutulan ödənişlərin uçotunu və bu ödənişlər üzrə tutulan vergilər və ayırmalarla bağlı əməliyyatları həyata keçirir;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə Büroya daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlanmasını təmin edir;
- Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin edir;
- İnvestisiya portfelinə, Himayəçilər Şurası tərəfindən təsdiq olunan “İnvestisiya siyasəti qaydaları”na uyğun işlərin aparılmasına, qlobal və yerli maliyyə bazarlarına, texniki və iqtisadi qiymətləndirmələrə nəzarət edir, rəhbər şəxslərə müvafiq hesabatların verilməsini təmin edir;
- Mühasibat proqramlarının işlənməsini, elektron hesabatların tərtibini və müvafiq qaydada təqdim edilməsini təmin edir;
Dil bilikləri:
- Azərbaycan dili - əla
İş Təcrübəsi:
- Maliyyə sahəsində minimum 1 il, iş təcrübəsi;
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Maliyyə şöbəsinin baş mütəxəssisi
Son tarix 25 iyl 2025 - [email protected]
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı
Əsas vəzifə öhdəlikləri:
- Büronun maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Büronun əməliyyat büdcəsinin hazırlanmasını təmin edir, büdcənin icrasına nəzarəti həyata keçirir;
- Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
- Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim edir
- İnvestisiya portfelinə, Himayəçilər Şurası tərəfindən təsdiq olunan “İnvestisiya siyasəti qaydaları”na uyğun işlərin aparılmasına, qlobal və yerli maliyyə bazarlarına, texniki və iqtisadi qiymətləndirmələrə nəzarət edir, rəhbər şəxslərə müvafiq hesabatların verilməsini təmin edir;
- Büro adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
İş Təcrübəsi:
- Maliyyə sahəsində ən azı 3 il təcrübə
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.