Rusiyanın rekrutinq xidməti «HeadHunter» öz əməkdaşlarını stimullaşdırmaq üçün onlara yüksək məbləğdə bonus verməyi planlaşdırıb.
FED.az xəbər verir ki, şirkət bununla əlaqədar olaraq öz səhmlərini birjadan geri alınmaına başlayır.
Proqram çərçivəsində «HeadHunter» NASDAQ birjasında dövr edən 3 milyard rubl dəyərində səhmini jeri alacaq. Ümumilikdə isə işçilərə 150 milyon dollar bonus veriləcək.
Ümumiyyətlə «HeadHunter»in bonus proqramı hələ 2016-ci ildə başlamışdı.Amma o vaxt bonusları ən yaxşı işçilər və top menecerlər alırdı.
İndi isə bu proqramdan şirkətin əməkdaşlarının yarısı, xüsusilə də orta səviyəli menecerlər faydalana biləcəklər. Əməkdaşlar bonusları 2022-ci ildən başlayaraq 4 il müddətində alacaqlar.