“İrşad Elektronics” MMC Azərbaycanımızın Tovuz, Sabirabad, Ağcəbədi, İmşli, Mingəçevir, Şəmkir, Xaçmaz və Yevlax bölgələrində yeni mağazaların açılışı ilə bağlı olaraq aşağıda qeyd edilmiş vakansiyalar üzrə əməkdaşlar axtarışındadır:
Mağaza Meneceri:
Vəzifə və öhdəliklər:
- Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Mağazanın sıravi və digər personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək.
Tələblər:
- Yaş – 30 -40
- İş təcrübəsi 3-5 il
- Ali təhsil;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- İşgüzar davranış etikasını;
- Satılan məhsulun assortimentini və satış qiymətlərini;
- Satış texnikası və prinsiplərini;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
- Kompüter bilikləri (MS Office).
Kredit mütəxəssisi
Vəzifə və öhdəliklər:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılması, verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Yaş: 25-35 arası kişi;
- Ali təhsil, Azərbaycan dili səlis, rus bilməyi arzuolunandır;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən təcrübə min. – 2 il.
Satış təmsilçisi
Vəzifə və öhdəliklər:
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 22-35 arası;
- Cinsi: kişi (istisna hallarda qadın);
- Ali təhsil, Azərbaycan dili səlis, rus dillərini bilməyi arzuolunandır;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi olması arzuolunandır;
Xəzinədar
Vəzifə və öhdəliklər:
- Pul vəsaitlərinin qəbulu, verilməsi hesabatının düzgün aparılması;
- Gündəlik, həftəlik, aylıq və rüblük hesabatların aparılması;
Tələblər:
- Yaş: 25-35 arası kişi və ya qadın;
- Xəzinədar vəzifəsində işləyən təcrübə min. – 2 il.
E-mail: [email protected]