Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya: İqtisadi təhlil şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- şöbənin fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaq, təsdiq olunmuş planların icrasını təmin etmək;
- qısa, orta və uzunmüddətli dövrdə iqtisadi siyasətin təsirləri ilə bağlı fundamental tədqiqatlar aparmaq və bu tədqiqatlar əsasında iqtisadi siyasət sənədlərinin hazırlanmasını təşkil etmək;
- iqtisadi inkişafla bağlı statistik informasiyalar arasında səbəb-nəticə əlaqələrinin ekonometrik qiymətləndirilməsi, simulyasiyaların aparılması sahəsində iqtisadi-riyazi modellərin qurulması üçün təkliflərlə çıxış etmək və bu istiqamətdə işlər görmək;
- Mərkəzin iqtisadi riyazi modellərinin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsini təşkil etmək;
- iqtisadi modelləşdirmə metodologiyalarından istifadə etməklə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq;
- ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni araşdırmaq;
- aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi şəkildə izləmək;
- tədqiqatların və onların işlənməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
- tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna və ya qruplarına başçılıq etmək;
- elmi məqalələrin yazılması, onların yerli və beynəlxalq elmi jurnallarda dərc edilməsi istiqamətində işlər aparmaq;
- tədqiqat işlərini və onların nəticələrini mütəmadi olaraq geniş ictimaiyyətə çatdırmaqla bağlı işləri təşkil etmək;
- departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq;
- rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
Təhsil və ixtisas tələbləri: ekonometrika, iqtisadiyyat və idarəetmə, maliyyə və ya digər müvafiq istiqamətlərdən biri üzrə elmi dərəcə;
Staja dair tələb: müvafiq sahədə minimum 7 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramların istifadəsi ilə bağlı bacarıqlar;
Dil bilikləri: Azərbaycan, rus və ingilis – yüksək səviyyədə;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), iqtisadi-riyazi modelləşdirmə sahəsində bilik və bacarıqlara malik olma, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: İqtisadi təhlil şöbəsi, baş məsləhətçi
Vəzifə öhdəlikləri:
- qlobal iqtisadi dövrü və iqtisadiyyatın xarici fundamental faktorlarını tədqiq etmək;
- ölkə daxilində iqtisadi tendensiyanın makro, mezo və mikro səviyyədə mütəmadi təhlillərini aparmaq;
- ölkənin beynəlxalq reytinqlərdə (qlobal rəqabətlilik, iqtisadi azadlıq və s.) irəliləməsi istiqamətində görüləcək işləri müəyyən etmək üçün təhlillər aparmaq və müvafiq olaraq təkliflərlə çıxış etmək;
- fiskal siyasəti, o cümlədən fiskal qaydaları, xərc və gəlirlərini, dövlət borclanmasını, vergi sistemi və gömrük tənzimlənməsini tədqiq etmək;
- idxal-ixrac və investisiya siyasətlərini təhlil etmək, beynəlxalq trendlərə uyğun olaraq iqtisadi siyasət sənədlərini hazırlamaq;
- empirik iqtisadi tədqiqatların aparılması üçün müxtəlif iqtisadi-riyazi modellərin hazırlanmasına töhfə vermək;
- qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
- aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək;
- tədqiqatların və onların işlənməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
- tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna başçılıq etmək;
- departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq.
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: Azərbaycan, rus və ingilis – yüksək səviyyədə;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), iqtisadi-riyazi modelləşdirmə sahəsində bilik və bacarıqlarının olması, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- monitorinq və qiymətləndirmə şöbəsinin fəaliyyətinin illik planlaşdırılmasını aparmaq, fəaliyyət planının icrasına rəhbərlik etmək, görülmüş işlərlə bağlı aidiyyəti üzrə rəhbərliyə dövrü hesabatların təqdim olunmasını təmin etmək;
- monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işlərin aparılmasına rəhbərlik etmək, praktik tövsiyələr hazırlamaq;
- monitorinq və qiymətləndirmə üçün analitik və metodik təminat hazırlamaq;
- monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun metodologiyanın seçilməsini təmin etmək və monitorinq və qiymətləndirilmə işlərini planlaşdırmaq;
- monitorinqin aparılması alətlərinin seçilməsi və müvafiq sənədlərin hazırlanmasını təşkil etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər hazırlamaq;
- monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsini təşkil etmək;
- iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasını təşkil etmək;
- icra müddəti bitmiş dövlət proqramlarının yekun (eləcə də səmərəliliyinin) qiymətləndirilməsini təşkil etmək;
- monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasını koordinasiya etmək və hesabatın hazırlanmasına nəzarət etmək.
Təhsil və ixtisas tələbləri: ekonometrika, iqtisadiyyat və idarəetmə, maliyyə və ya digər müvafiq istiqamətlərdən biri üzrə elmi dərəcə;
Staja dair tələb: müvafiq sahədə minimum 5-7 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri
Vəzifə öhdəlikləri:
- iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;
- monitorinq və qiymətləndirmə üçün analitik və metodik təminat hazırlamaq;
- monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində işləri həyata keçirmək;
- dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
- monitorinq və qiymətləndirmə ilə bağlı dövri hesabatlar hazırlamaq və təqdim etmək;
- monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktik tövsiyələr hazırlamaq;
- Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsində iştirak etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
- monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya: Strateji planlaşdırma şöbəsi, aparıcı məsləhətçi
Vəzifə öhdəlikləri:
- sosial-iqtisadi prosesləri təhlil edərək müvafiq proqnozlar hazırlamaq;
- strateji planlaşdırma işlərini təşkil etmək, o cümlədən Mərkəzin strukturları ilə əməkdaşlıq əsasında strateji inkişaf planını, fəaliyyət planlarını və tədbirlər planını hazırlamaq;
- dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq;
- rəhbərliklə razılaşdırmaqla milli iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin perspektivləri barədə mətbuatda (televiziya, qəzet, sayt və s.) çıxışlar etmək;
- mövcud vəziyyət və müvafiq beynəlxalq təcrübə əsasında, ölkənin iqtisadi potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, yerli və xarici investorların cəlb edilməsi istiqamətində təkliflər hazırlamaq;
- beynəlxalq reytinq təşkilatları tərəfindən hazırlanan aidiyyəti hesabatları təhlil etmək və rəy bildirmək;
- qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
- aparılan iqtisadi islahatların nəticələrinə, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək, onların əsasında strateji hədəfləri müəyyənləşdirmək;
- inkişaf və proqnozlaşdırma problemləri üzrə şöbəyə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
- Mərkəz rəhbərliyinin və şöbə müdirinin carı tapşırıqlarını icra etmək;
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır)
Staja dair tələb: müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: Azərbaycan, rus və ingilis – yüksək səviyyədə;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini faylı ad və soyadla adlandırmaqla 2023-cü il 14 iyun tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.