İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bir neçə vəzifə üzrə vakansiya elan edir
Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya 1: Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi
Vəzifə öhdəlikləri:
1.Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
2.Monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
3.Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
4.Monitorinqin aparılması alətlərinin seçilməsi və müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
5.Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək;
6.Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
7. Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
8. İqtisadi yönümlü dövlət proqramlarının, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
9.İcra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
10. Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə 3 il iş təcrübəsi;
Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya 2: Strateji planlaşdırma şöbəsi, aparıcı və baş məsləhətçi
Vəzifə öhdəlikləri:
Maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdırmaq;
Ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq;
Ölkənin iqtisadi potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni araşdırmaq;
Qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
Aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
İqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək;
İnkişaf və proqnozlaşdırma problemləri üzrə şöbəyə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
Şöbənin fəaliyyətinə dair hesabat xarakterli sənədləri hazırlamaq;
Mərkəz rəhbərliyinin və şöbə müdirinin işlə bağlı carı tapşırıqlarını icra etmək;
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır)
Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat, xidmət sahələri və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya 3: İqtisadi təhlil şöbəsi, baş məsləhətçi
Vəzifə öhdəlikləri:
maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdırmaq;
ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq;
ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni araşdırmaq;
qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək;
tədqiqatların və onların işlənilməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna başçılıq etmək;
departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq.
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə 3 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Vakansiya 4: Hüquqşünas
Vəzifə öhdəlikləri:
İqtisadi qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək;
Mərkəzin hüquqi xarakterli sənədlərini hazırlanmaq və rəsmiləşdirmək;
Mərkəzin hüquqi sənədlərinin hazırlanmasında qanunvericiliyə riayət olunmasını təmin etmək;
Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəy vermək;
Departamentlərin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
Məhkəmələrin və digər dövlət orqanlarının Mərkəzin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsini təmin etmək;
Mərkəzin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, təşkilat daxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
Mərkəzin məhkəmədə təmsil edilməsi, irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək;
Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanmasında iştirak etmək;
Mərkəzə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
Dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
Mərkəzdə hüquqi sənədləşməni sistemləşdirmək və uçotunu aparmaq.
Təhsil və ixtisas tələbləri: Hüquqşünas ixtisası üzrə ən azı magistr səviyyəsində təhsil ( elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə,
Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
Xüsusi bacarıqlar: qanunvericilik aktlarının hazırlanması, habelə, korporativ və müqavilələr hüququ üzrə təcrübəyə malik olmaq, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 2023-cü il 12 mart tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_vakansiyanın adı” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.