İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Baş biznes analitik
Son tarix 05 sen 2026 - Müraciət et
Təsvir
- Çoxtərəfli layihələri idarə etmək. Fərqli dövlət qurumların, kommunal operatorlar və özəl vendorlar arasında genişmiqyaslı inteqrasiya layihələrini təhlil edir, onları təkmilləşdirmək üçün tövsiyələr hazırlayır.
- Biznes tələblərinin toplanması, analizi və sənədləşdirilməsi üçün strateji istiqamətləri müəyyənləşdirir.
- Maraqlı Tərəflərin (Stakeholder) idarə edilməsi məqsədi ilə texniki (DevOps, tərtibatçılar), hüquqi, maliyyə və biznes komandaları arasında koordinasiyanı təmin etmək, kros-funksional (çoxfunksiyalı) qrupların işini sinxronlaşdırmaq.
- Texniki həllər və sistem dizaynı üçün məqsədli tələblər (BRD) və funksional tələblər (FRD) hazırlayır
- Mövcud iş axınlarını (workflows) analiz edərək, onların rəqəmsal mühitə və platformalara (məsələn, MyGov, SİMA, EHİS) inteqrasiya olunmuş formatda keçidini tərəflərlə əlaqələndirmək.
- Effektivliyin izlənilməsi üçün KPI-ları müəyyən etmək, analitik alətlərdən istifadə etməklə data əsaslı qərarlar vermək və prosesə nəzarət etmək.
- Maliyyə modelləşdirmə, risk qiymətləndirmə və biznes gözləntilərinin təhlili üçün məlumat analitikasından istifadə edir, rəhbərlik üçün strateji, dinamik hesabatlar və vizual təqdimatlar hazırlamaq.
- Müxtəlif layihələr üzrə analitik komandaların işinə rəhbərlik edin və mentorluq edir.
- Layihə icrası zamanı yarana biləcək texniki, hüquqi və sənədləşmə risklərini öncədən proqnozlaşdırmaq və mitigasiya (azaltma) planları hazırlamaq, tərəflərlə əlaqələndirmək.
Tələblər
- Ali təhsil (Mühəndislik, Biznesin İdarə Edilməsi (MBA), İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi).
- Rəqəmsal məhsulların yaradılması, rəqəmsal transformasiya, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və ya çoxmodullu inteqrasiya layihələrinin idarə edilməsi və koordinasiyası üzrə minimum 3-5 il uğurlu iş təcrübəsi.
- Biznes Analiz və Proses Modelləşdirilməsi: AS-IS və TO-BE proseslərinin analizi, BPMN 2.0 (Camunda, Draw.io, Miro) standartları ilə işləmək təcrübəsi.
- Sistemlərarası məlumat mübadiləsi, REST API (Postman / Swagger) specifikasiyaları və məlumat analitikası (SQL, Kibana, Google Analytics və s.) haqqında konseptual və ya praktiki biliklər.
- Rəqəmsal Həllər üzrə Təcrübə (KYC, biometrik eyniləşdirmə), elektron imza (SİMA və s.) və Vahid Giriş (SSO) sistemlərinin tətbiqi layihələrində iştirak arzuolunandır.
- Biznes proseslərinin modelləşdirilməsi (BPMN, UML) və tələblərin idarə edilməsi alətlərində (JIRA, Confluence) yüksək səviyyəli bilik.
- Biznes ssenarilərinin və texniki tapşırıqların avtomatlaşdırılmış emalı üçün AI və modellərindən istifadə bacarığı.
- Komandada işləmək və texniki (development) komanda ilə biznes tərəflər arasında effektiv kommunikasiya qurmaq bacarığı.
- Çoxsaylı dövlət və özəl qurumlarla (nazirliklər, kommunal provayderlər) effektiv kommunikasiya və stakeholder menecment bacarıqları;
- Böyük verilənlər (Big Data) üzrə AI-yönümlü prediktiv analitika, proseslərin proqnozlaşdırılması və risk analiz modellərinin qurulması prinsipləri ilə tanışlıq;
- Maliyyə təhlili, ROI hesablamaları və biznes case hazırlamaqda güclü bacarıqlar.
- Elektron Hökumət arxitekturası, verilənlər bazası arxitekturası və sistemlər arası API/intekrasiya prinsipləri barədə dərin biliklər;
- Vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) vasitəsilə biznes keyslərin faydalılıq analizinin aparılıması, dinamik analitik idarəetmə panellərinin (Executive Dashboards) formalaşdırılması bilikləri;
- Süni İntellekt (AI) və Maşın Öyrənməsi (ML) alətlərinin biznes analiz proseslərinə və məlumatların dürüstləşdirilməsi (Data Cleansing) mexanizmlərinə tətbiqi barədə biliklər;
- Rəqəmsal transformasiya və IT xidmət idarəetməsi (ITIL) prinsipləri haqqında biliklər.
- Azərbaycan dili mükəmməl (ana dili səviyyəsində, rəsmi işgüzar yazışma bacarığı), İngilis və ya Rus dili işgüzar ünsiyyət və texniki sənədləşmə ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














