FED.az xəbər verir ki, "İnfoSecurity" Mühasib vəzifəsinə vakansiya elan edir.ğ
Eləcə də bax: "Kontakt Home" işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında
Əmək haqqı: 600 – 1200 AZN
Yaş həddi: 25 – 45
İş rejimi: 09:00 – 18:00
İş yeri: Bakı
Vəzifə öhdəlikləri
1C 8.2 uçotunu aparmaq
Balans, Mənfəət Zərər, Pul vəsaitləri hesabatlarını tərtib etmək
Mühasibat uçotunu aparmaq
Vergi ödənişlərinə nəzarət etmək
Vergi bəyannamələrini yığmaq
Daxili nəzarət (audit)
Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
Tələb olunan bilik və bacarıqlar
Mühasibat uçotunun biliyi
Müvafiq sahədə ali təhsil
Müvafiq təcrübə (minimum bir illik)
1C Mühasibat Proqramının peşəkar biliyi
Excel və Word proqramlarının peşəkar biliyi
Vergi Məcəlləsi
Müvafiq sertifikatlar üstünlük sayılacaq
CV-ni hara göndərmək lazımdır?
Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini [email protected] electron ünvanına mövzu yerinə Mühasib’’ yazaraq göndərməsi xahiş olunur.
InfoSecurity – şirkət haqqında məlumat
İnfoSecurity Rusiyada 2010-cu ildən, Azərbaycanda 2019-cu ildən fəaliyyət göstərir. İnfoSecurity Rossiya və MDB bazarlarında ən iri kiber təhlükəsizlik müəssisələrindən biridir.