İcbari Sığorta Bürosu
Yaşıl kart şöbəsinin mütəxəssisi
Son tarix 20 iyl 2022 - [email protected]
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
- “Yaşıl Kart” Bürolar Şurası ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını, kommunikasiyasını təmin etmək
- Xaricdə baş verən hadisələrlə bağlı gələn sorğuların cavablandırılmasını təmin etmək;
- Yaşıl kart ilə bağlı müştəri xidmətlərini həyata keçirtmək;
- Xaricdən Büroya təqdim olunan sənədlərin yoxlanılması, məbləğlərin uyğun və düzgün qeyd olunmasını təmin etmək;
- Xarici partnyorların üçüncü şəxslərə dəymiş zərərlə bağlı həyata keçirdiyi ödənişlərin Bürodan geri tələbi ilə əlaqəli vəsaitlərin köçürülməsini həyata keçirtmək;
- Azərbaycanda baş vermiş hadisələrlə bağlı sorğuların və geri ödəniş tələblərinin xarici Bürolara göndərilməsini təmin etmək;
- Yaşıl kart üzrə təkrar sığorta aparılmasına nəzarət etmək;
- COB çərçivəsində baş verən yeniliklərin davamlı təqib edilməsi, yeniliklərlə bağlı iclaslarda iştirak edilməsi, yeniliklərə əsasən arayışların hazırlanmasını təmin etmək;
Tələb olunan səriştələr:
- Ali təhsil
- MS ofis proqramlarında yüksək səviyyədə işləyə bilmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (əla), Rus dili (yaxşı)
- İş təcrübəsi : 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Əmək haqqı: razılaşma yolu ilə
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.