Analitika şöbəsinin analitiki
Son tarix 03 mar 2022 - [email protected]
İş barədə məlumat:
-
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
-
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
-
Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
-
Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
-
Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
-
Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
-
Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
-
Ali təhsil;
-
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
-
İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
-
Proqramlaşdırma dili: Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər (arzu olunandir);
-
Kompüter bilikləri: MS Excel (əla);
-
SQL-də analitik funksiyalarla işləmə bacarığı;
-
Power BI və digər Analitik talətləri ilə işləmə bacarığı;
-
Təqdimat bacarığı;
-
Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning və statistik metodlarla işləmək bacarığı;
-
Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
-
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
-
Yeni texnologiyaları öyrənmə həvəsi;
-
İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
-
Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı.