İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İctimaiyyətlə əlaqələr şöbəsinə aparıcı/baş məsləhətçi
Son tarix 27 apr 2024 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (jurnalistika və filologiya istiqamətində olması arzuolunandır);
- İctimaiyyətlə əlaqələr sahəsində 3 ildən az olmayaraq əmək stajı;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
- Müvafiq məlumatların (press-reliz/xəbər/məqalə/müsahibə/hesabatlar və s.) yazılması, strategiya, hesabat və digər sənədlərin hazırlanması bacarığı;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil bilikləri arzuolunandır;
- Ofis proqramları üzrə biliklər.
Görəcəyiniz işlər:
- İcbari tibbi sığorta sistemi ilə bağlı informasiya materiallarının (press-reliz, müsahibə, məqalə, açıqlama, təkzib və s.), çap məhsullarının (buklet, plakat, flayer, jurnal, təlimat kitabçaları və s.) hazırlanması və redaktəsi;
- Müxtəlif tədbirlər üçün Agentliyin fəaliyyətindən irəli gələn məsələlərlə bağlı təqdimat və çıxışların hazırlanması;
- Mediadan daxil olan informasiya sorğularının cavablandırılması
- Sosioloji sorğuların keçirilməsi işinin təşkili, hesabatların təhlil və nəticələrə əsasən yoxlanılması;
- Materiallara analitik yanaşma, mətnlərin məntiqi təhlil edilməsi, yarana biləcək risklərin müəyyənləşdirilməsi, ictimai rəyin maraqlarının qiymətləndirilməsi;
- İctimaiyyətlə əlaqələr sahəsi üzrə yeni imkanlar barədə beynəlxalq təcrübənin öyrənilməsi, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma sahəsində araşdırmaların aparılması və iş prosesində tətbiq edilməsi;
- Departamentin illik fəaliyyəti və icra etdiyi strategiyaların icra vəziyyəti barədə hesabatların hazırlanması;
- İctimaiyyətlə əlaqələr sahəsində təşkilati və sərəncamverici sənədlərin hazırlanması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy 170
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 26.04.2024-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.