ARGS Holding
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Pirallahı layihəsi)
Son tarix 07 sen 2024 - [email protected]
Vəzifə və Öhdəlikləri:
- Keyfiyyətə Nəzarət Prosesləri:
- Tikinti materiallarının və işlərin keyfiyyətini yoxlamaq.
- Keyfiyyət standartlarının və qaydalarının icrasını təmin etmək.
- Layihə tələblərinə və texniki spesifikasiyalara uyğunluğunu yoxlamaq.
- Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək
- Təftiş:
- Gündəlik və dövri inspeksiya və təftiş işlərini həyata keçirmək.
- Tapıntıları və çatışmazlıqları müəyyən etmək və düzəliş tədbirləri təklif etmək.
- İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq
- Sənədləşdirmə və Hesabatlar:
- Keyfiyyətə nəzarət işləri ilə bağlı sənədləşmə aparmaq.
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və təqdim etmək.
- Layihə Komandası ilə Əlaqə:
- Layihə komandası və digər maraqlı tərəflərlə müntəzəm olaraq əlaqə saxlamaq.
- Keyfiyyət məsələlərini müzakirə etmək və həll yollarını təklif etmək.
- Təkmilləşdirmə:
- İşçilərə keyfiyyət standartları və prosedurları barədə təlimlər vermək.
- Keyfiyyətin artırılması üçün təkmilləşdirmə tədbirləri hazırlamaq və həyata keçirmək.
- İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Rəhbərliyə səmərəli təkliflərlə çıxış etmək;
Tələblər:
- Təhsil: Mühəndislik, tikinti və ya əlaqədar sahədə ali təhsil.
- İş Təcrübəsi: Keyfiyyətə nəzarət və ya tikinti sahəsində ən azı 2 il iş təcrübəsi.
- Texniki Biliklər: Tikinti materialları, metodları və keyfiyyət standartları haqqında geniş bilik.
- Kompyuter Bilikləri: MS Office proqramları, keyfiyyət idarəetmə sistemləri və digər əlaqədar proqramlarda işləmə bacarığı.
Xüsusi bacarıqlar:
- Düzgün analiz edə bilmə bacarığı
- Analitik və tənqidi düşünmə bacarığı
- Detallara diqqət yetirə bilmək
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- İş yeri: Pirallahı
Mövzü yerinə “ Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Pirallahı layihəsi)” yazıb qeyd olunan elektron poçt ünvanına göndərin.