Azera Holding
Təchizat üzrə mütəxəssis
Son tarix 17 apr 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin təchizat ehtiyaclarını müəyyənləşdirmək və müvafiq satınalma prosesini həyata keçirmək.
- Təchizatçılarla əməkdaşlıq etmək, bazar araşdırması aparmaq və ən sərfəli şərtləri təmin etmək.
- Satınalma sifarişlərini hazırlamaq, müqavilələri tərtib etmək və icrasını nəzarətdə saxlamaq.
- Malların keyfiyyətini və uyğunluğunu yoxlamaq, lazımi sertifikat və sənədləri tələb etmək.
- Logistika və çatdırılma proseslərini təşkil və koordinasiya etmək.
- Təchizatla bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək və mümkün riskləri qiymətləndirmək.
- Anbar və ehtiyatların idarə olunmasında iştirak etmək.
- Təchizat məhsullarının təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək.
- Avtomobilin texniki vəziyyətini mütəmadi yoxlamaq və nasazlıqları aidiyyəti üzrə bildirmək.
- Çatdırılma marşrutlarını planlaşdırmaq və optimal yolları seçmək.
- Nəqliyyatla bağlı sənədlərin qaydasında olmasını təmin etmək.
Tələblər:
- Ali/ Orta ixtisas təhsili
- Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
- Azərbaycan dili, türk dili, rus dili arzuolunandır
- MC Office( MC Excel), 1C proqramı biliyi
- Dəqiq, məsuliyyətli, stresədavamlı, məsuliyyətli
- Sürücülük vəsiqəsi və avtomobil tələb olunur (benzin və amortizasiya şirkət hesabına qarşılanır)
- Bəy namizədlərə üstünlük veriləcək
İş şərtləri:
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 900 AZN (NETT)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Ünvan: Bakı şəh, Nəriman Nərimanov rayonu
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz və ya 012-311-41-26 nömrəsi ilə əlaqə saxlamağınız xahiş edilir.