ABK MMC
Keyfiyyətə nəzarət üzrə menecer
Son tarix 28 may 2025 - [email protected]
İş haqqında məlumat:
- Laboratoriyada AZS İSO/İEC 17025:2020 standartına uyğun sistemin yaratmaq, tətbiq etmək və iş birliyinin izlənməsini təmin edilməsi;
- Keyfiyyət Sisteminin şərtlərinə uyğun Laboratoriya İdarəetmə Sistemi (bundan sonra LİS) üzərindən sənədləşdirmə işlərini həyata keçirilməsi və personalın LİS üzərindən KİS sənədləri ilə tanış edilməsi;
- Keyfiyyət Sistemi çərçivəsində görülən işlərin əhəmiyyətini personalın nəzərinə çatdırılması, keyfiyyət hədəflərini müəyyən edilməsi və hədəflərə çatmaqda onların iştirakını təmin edilməsi; 4. Keyfiyyət Sisteminin yoxlanması, onun təkmilləşməsi üçün lazımi dəyişikliklərin edilməsi;
- Keyfiyyət Sisteminin performansının qiymətləndirilməsi məqsədi ilə Rəhbərlik Tərəfindən Təhlil iclaslarının həyata keçirilməsi, alınan qərarların əlaqədar personala çatdırılması;
- Periodik olaraq həyata keçirilən Rəhbərlik Tərəfindən Təhlil iclaslarında müzakirə edilən fəaliyyət hesabatlarını və hədəflərini izlənilməsi;
- “AGRO Bitki Klinikası” MMC Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında uyğunsuzluq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və görülən tədbirlərin yoxlanması;
- Keyfiyyət fəaliyyətlərinin hər səviyyədə anlaşılan ola bilməsi üçün təlim fəaliyyətlərinin başladılması;
- Keyfiyyət sənədlərinin uyğun şərtlərdə və göstərilən müddətlərdə saxlanmasını və məhv edilməsini həyata keçirməli;
- İllik daxili audit (Keyfiyyət Sistemi) proqramını hazırlamaq və tətbiq etmək;
- Düzəldici və Qabaqlayıcı fəaliyyətləri izləmək və hesabat vermək;
- Daxili auditlərin təşkil edilməsi və keçirilməsində iştirak etmək;
- Yeni prosedur, təlimat, forma hazırlandıqda personalın məlumatladırılması;
- İllik audit və təlim planlarının hazırlanması;
- Laboratoriya personalının koordinasiyada işləməsini və LİS-nin və KİS-in daimiliyini təşkil edilməsi, məsuliyyətlərin bölünməsini həyata keçirmək;
- Laboratoriyanın fəaliyyəti ilə əlaqədar olan düzgünlüyü, inamı təhlükə altına ala biləcək heç bir fəaliyyət göstərməməyi, MMC-nin kommersiya sirri hesab edilə bilən məlumatlarını məxfi saxlamaq və qorumaq;
- Risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi, gələcək risklərin müəyyən edilməsi;
- Risklərin aradan qaldırılması üçün təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Əmək intizamına, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməyin mühafizəsi və daxili əmək intizamına ciddi riayət edilməsi.
Tələblər:
- Ali təhsil (bioloq, kimyaçı və ya texniki ixtisaslar)
- Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
- Azərbaycan dili səlis, rus dili, ingilis dili arzuolunandır.
- MS Office proqramlarında işləmə bacarığı
- ISO/İEC 17025-2017 standartının tələbləri, bu standart üzrə daxili audit sertifikatı, keyfiyyət və HSE üzrə digər sertifikatlar arzu olunandır
- Çevik, dürüst, ünsiyyətcil, komandada işləmək bacarığı, stressə davamlılıq, analitik düşünmə qabiliyyəti olmalı , diqqətli olmalı, ezamiyyə səfərlərinə hazır olmalı
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Ə/H 1500-1800 AZN
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.