Azera Holding
Təchizat üzrə mütəxəssis
Son tarix 09 avq 2025 - [email protected]
“AZERA Holding” MMC tərkibindəki Katan Textile MMC-də Təchizat üzrə mütəxəssis vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Şirkətin təchizat ehtiyaclarını müəyyənləşdirmək və müvafiq satınalma prosesini həyata keçirmək.
- Təchizatçılarla əməkdaşlıq etmək, bazar araşdırması aparmaq və ən sərfəli şərtləri təmin etmək.
- Satınalma sifarişlərini hazırlamaq, müqavilələri tərtib etmək və icrasını nəzarətdə saxlamaq.
- Malların keyfiyyətini və uyğunluğunu yoxlamaq, lazımi sertifikat və sənədləri tələb etmək.
- Logistika və çatdırılma proseslərini təşkil və koordinasiya etmək.
- Təchizatla bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək və mümkün riskləri qiymətləndirmək.
- Anbar və ehtiyatların idarə olunmasında iştirak etmək.
Namizədə tələblər:
- Təhsil: Ali/ Orta təhsil
- Dil bilikləri: Azərbaycan dili və türk dili, rus dili üstünlükdür.
- İş təcrübəsi: Müvafiq sahədə min 1 il
- Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, stressə davamlı, məsuliyyətli
- MC Office və 1C proqram bilikləri
- BC kateqoriyalı sürücülük vəsiqəsinin olması və avtomobil idarəetmə bacarığı üstünlükdür.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- Əmək haqqı: 1000-1200 AZN
- İş yeri: Bakı şəhəri, N. Nərimanov, Ələsgər Qayıbov 1222
Müraciət üçün: CV-nizi “Təchizat üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.