VIP Xidmətlər Qrupu MMC
Brend menecer (Hava limanı)
Son tarix 07 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Brend məhsullarının satış strategiyasını hazırlamaq;
- Aylıq satış hesabatlarını təchizatçılara göndərmək;
- Satılan modellərin analizini aparmaq, sifarişin hazırlanması prosesində analizin nəticələrini tətbiq etmək;
- Anbar qalığının səviyyəsini daim nəzarətdə saxlamaq, brendlərin qalıqlarının qəbul edilmiş standartlardan aşağı düşməməsi üçün müvafiq tədbirlər görmək;
- Yeni təchizatçılarla əməkdaşlıq şərtlərinin təyin olunması, müqavilənin imzalanması layihəsini sonadək izlənmək, icra etmək;
- Məhsul qalıqlarının vəziyyəti ilə maraqlanmaq, məhsulların saxlanma şəraitinin düzgün olmasını təmin etmək, bu barədə personalı təlimatlandırmaq və hər hansı bir qüsurlu məhsul aşkarlandığı zaman dərhal istehsalçını məlumatlandırmaq və bağlanmış müqavilənin şərtlərinə əsasən problemin aradan qaldırılması yolunu tapmaq;
- İlin əvvəlində ilboyu keçiriləcək sərgilərin siyahısını rəhbərliyə təqdim etmək, şirkətin iştirakının mütləq olduğu sərgiləri və səbəblərini qeyd etmək;
- Xarici qonaqlarının qarşılanması, qonağın gəlişi ilə bağlı müvafiq tədbirlər görmək;
- Hər bir brendin satış nöqtələrində kolleksiyalar, qiymət seqmenti, model üzrə satış statiktikasının aparılması və həmin statistika əsasında malların satış nöqtələri üzrə bölüşdürülməsini təmin etmək;
Vəzifə tələbləri:
- Cinsi: Qadın;
- Təhsil: Ali təhsil;
- Yaş həddi: 25 - 35 yaş;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1-2 il;
- Dil bilikləri: İngilis və rus dillərini orta səviyyədə bilmək (B1-B2).
Əmək şəraiti:
- Əmək haqqı: 1300 AZN (gross);
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyat və naharla təmin etmə.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Brend Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərə geri dönüş ediləcək.